Gecikmiş məhəbbət…4-cü hissə…

Sona başını qaldırıb onun gözlərinə baxdı,bu o idi,onun az öncə özləyib xatırladıgı gərçek məhəbbəti..Qəlbinin həsrəti idi gəlib dayanmışdı qarşısında…Sonanin gözlərindən yaşlar axır ,lakin gözlərinin içi parıldayırdı.Aglayırdı,həyatına aglayırdı,qəlbindəki məhəbbətin gərçekdə bir xəyal oldugunu düşünüb aglayırdı…Qələm də ona qətiyyətli dərin baxışlarla baxırdı..O,Sonanın əllərindən tutub gözlərinin içinə baxaraq:-“Sona ,mən ….Sona mən səni sevirəm…çox sevirəm”- dedi …hər ikisi dərin bir məhəbbətlə baxırdılar bir-birlərinə..Qəlblərində yanan eşqın alovu artıq sözlərdə təzahür etməyə başlamışdı…Sona da dilləndi..-“mən də …mən də səni …özü də çox lap çox”…Sarıldılar bir-birlərinə ..Sanki dünya fırlanırdı ,sanki zaman itmişdi,sanki hər şey donmuşdu o an…ancaq bir -birlərinə olan sevgidən başqa heçnə düşünmür,heçnə hiss etmirdilər..Bir-birlərini heç buraxmaq istəmirdilər.Bərk -bərk sarilib aglayirdilar çarəsiz eşqlərinə,vaxtsız gələn gecikmiş məhəbbətlərinə…
Bir səs onları bu xəyaldan ayırdı,zaman yenidən getməyə başladı,sanki hər şey hərəkətə gəldi yenidən və həyat isə davam edir…Həyat…onların qarşılarında etməli oldugu vəzifələri vardı ..Həyatın axışı onların istədiyi səmtdə deyildi…Gələn sonanın cibində olan telefonun səsi idi..Zəng edən isə Elşən idi..Axı Sona Elşənlə görüşə gedirdi…Getməli idi…Qərarını söyləmək üçün getməli idi..Sona zəngə cavab vermir ,söndürərək Qələmə baxıb:
-Məni bagışla ,mən getməliyəm.
-Hara?
– Elşənlə danışmalıyam..
..Qələm susur ,heçnə demir,içindən dərin ah çəkir və ətrafa baxır,gözlərini ətrafa gəzdirir,Sonanın dediyi sözlərdən sanki şillə alaraq ayılıb harda ,necə oldugunu xatırlayır,dərin təəssüflər,mümkünsüzlüklər,əngəllər sanki hərtərəfdən onu sıxmaga,bogmaga başlayır…Başını qaldırb Sonaya baxır və:-“Nə danışacaqsız? nə düşünürsən?” -deyərək sual dolu ,və içində”mən varam,sona” demək istəkli sozlərlə dolu gozləri ilə diqqətlə Sonaya baxir və cavab gozləyir,ürəyi titrəyir…Bu vaxt telefon yenə zəng çalır ,Sona zəngə cavab verir:-
“Gəlirəm” deyib baglayır..Sonra Qələmə baxıb susur,heçnə demir və yoluna davam edir..
Elşənlə oturub söhbət edirlər…Sona Elşənə Nərgizdən danışmaga başlayır,Nərgizin günahsız oldugunu ona anlatmaga çalışır..Elşən isə təəccüblü baxışlarla Sonaya baxır,onun niyə belə etdiyini anlamaga çalışır,beynində suallar yaranır..
-Sona nə olub sənə? biz axı bura bunu danışmaga gəlməmişik..
-Elşən bizim onsuz da səninlə gəlcəyimiz daha yoxdu,biz çoxdan ayrılmışıq ,yollarımız çoxdan ayrılıb sənlə..ama Nərgiz..o səni sevir ,siz ikiniz xoşbəxt ola bilərsiz,xaiş edirəm onunla barış,daha bir ailəni dagitma..mən onsuz da daha təkliyə alışmışam,mənə görə də narahat olma..
-Sona ,Nərgizi anamın istəyi ilə almışdım,bilirsən,və mən onu heçvaxt sevməmşəm,mən həmişə səni sevmişəm və etdiyim hər şey üçün çox peşmanam,məni bagişla və bizim məhəbbətimizi məhv eləmə.
-Elşən,artıq bizim məhəbbətimiz deyə bir şey yoxdu,mən səni sevmirəm,Nərgiz isə sevir,sən onunla xəşbəxt ola bilərsən,mənimlə yox…sagol..-deyib gedir..Elşən duruxub qalır yerində ,Sona,sona .deyir öz -özünə və başını qaldrıb baxanda Sonanın artıq olmadıgını görür ,o Sonannın dediklərinin düşüncələrinə dalarkən ,onun nə demək istədiyini anlamaga çalışarkən artıq Sona uzaqlaşmışdı ordan…
Sona dərin fikirlərə dalmışdı,o həyatını düşünürdü,sanki üzərindən bir yük götürülmüşdü,o indi rahat idi,Nərgizlə Elşənin birlikdə xoşbəxt olacagina inanırdı…Bir də o öz həyatını düşünürdü…o neyləyəcəkdi? qəlbində Qələmə olan məhəbbətini bogmaga çalışmıdı bu vaxta qədər..bugunsə etiraf etmişdilər artıq eşqlərini bir-birlərinə…fəqət…fəqət bunun bir sonu yoxdu,sona bunu bilirdi,o bir aileni birləşdirərkən digərini dagida bilməzdi,o Qələmdən də uzaqlaşmalı idi,həsrət onunçün nə qədər nəfəkəsici olsa belə o bunu etməli idi..özlüyündə bu qərara gəlmişdi ….və elə bu qərarla da qətiyyətlə irəliləyirdi…o gedirdi …Günəş isə getdikcə yuksəlirdi…Buludların arxasından şəfəqləri ətrafa yayılır ,çiçəklərin üzərinə düşür,dənizin dalgalarinin üzərində əks olunurdu,Sona isə qətiyətli addımlarla ,fikirlərində tam qərarlı olaraq irəliləyirdi….

Son

Niki Şems Nigari
01.03.2018
www.kafiye.net