Gərək Danışmayaq

Gərək danışmayaq namus ,qeyrətdən!
Namus da, qeyrət də qınayar bizi.
Vallah əsirlikdə olan Ananın,
Gün gələr ahı da tutacaq bizi

Əsirdir nə vaxtdır ,analar qızlar.
Əllərdə qalıbdır körpə balalar.
Daha kirlənibdir o pak namuslar.
Gərək o namusdan danışmayaq biz.

İtib namusumuz yağı əlində
Atılıb torpağa tapdalanıbdır.
Ayılın oğullar ayılın birdə.
Namusun yağıda girov qalıbdır.

Vaxt ötüb keçəcək zaman gələcək
Bizi qınayacaq övladlarımız.
Bəlkə də qoynunda yerdə vermədi
Cənnət dediyimiz torpaqlarımız.

Bizə haram olsun onların südü.
Onların çəkdiyi əzab əziyyət.
Gərək bu həyatda heç yaşamayq
Nə qədər əsirdir ,namusla qeyrət!

Gərək danışmayaq namus ,qeyrətdən.
Namus da qeyrət də qınayar bizi.

Nahide Tagiyeva Qurbanova
12.12.2017
www.kafiye.net