Göylə Yer arasında

Leysan tökür dərdli Göyün üzündən,
Mənəm yağan buluidların gözündən.
Qoy çəmənlər inciməsin sözümdən,
Külək,məni susuz çölə təhkim et,
Suya həsrət səhralara məhkum et.

Bu aləmdə yranışdan nizam var,
Qəzavü-qədəri qoşub-düzən var,
Qüdrət Qələmiylə bəxti yazan var,
Külək,məni susuz çölə təhkim et,
Suya həsrət səhralara məhkum et.

Tənha Bulud Göylə Yer arasında,
Səyyar gəzər cütlə Bir arasında
Gizəmlidir Haqla sirr arasında
Külək,məni susuz çölə təhkim et,
Suya həsrət səhralara məhkum et.

19.02.2018/
Tamara Rustamova Tənha Bulud
www.kafiye.net