Gecikmiş məhəbbət…3-cü hissə…

Sona yolla gedirdi…Getdikcə günəşin şəfəqləri üzünə düşür və onu zəif bir istiliklə oxşayırdı…Günəşdən gələn bu mehribanlıq onun həyat boyu mohtac oldugu mehribanlıgı ödəyirdi sanki…Onun bu gunəş şüalarına həsrət qalıb ,nəfəsə,sevgiyə ,hörmətə və həyatda gözəl olan hər şeyə həsrət oldugu o zamanların məhrumiyyətini ona xatirladirdi ..Sonanın fikirləri qarışırdı .. Amma o qərarini da vermişdi..Bu zaman fasiləsindən sonra Elşənin gəlib ona yalvarması onu sevindirmirdi,çünki o bunu istəmirdi ,ona lazim olan da Elşənin nə ona əyilməsi,nə də yalvarması deyildi..Onun bir istəyi var idi ,o da Elşənin öz səhvini gərçekdən anlaya bilməsi idi…Elşənin Sonanı başa düşə bilməsi idi Sonanın istəyi..və uşaqlarının xatirinə onu bağışlaya da bilirdi ürəyində…Çünki o istəmirdi uşaqları ata sevgisindən məhrum olsun..O artıq öz düşüncələrində Elşəni bağışlamışdı və Elşənin yenidən barışmaq niyyətinə də razılıq vermişdi….Bu düşüncələrlə irəliləyirdi..O,Elşənə bu gun öz qərarını deməli idi…
Sona yolla gedərkən onu “Sona” çağırışı dayandırdı ..Arxaya döndü..Tanımadığı bir qadın onun üzünə acınacaqlı və dolmuş gözlərlə baxırdı….Bu Elşənin həyat yoldaşı Nərgiz idi….”Olar bir az danışaq?” deyərək səsləndi..Sona kimliyini bilmədiyi bu qadının gözlərindəki o agrini görüb dözə bilmədi”Əlbəttə.buyurun ” dedi və birlikdə yaxınlıqda olan skameykada əyləşdilər…
Nərgiz başına gələnləri Sonaya danışmağa başladı…o Evdə yaşadığı günləri,dəqiqələri,
başından keçənləri bir -bir Sonaya nəql etməyə başladı..O danışdıqca Sona öz keçmiş günlərini xatırlayırdı və gözləri yaşla dolurdu…Bu iki qadının həyatını məhv edib ,acılı günlər yaşadan insan artıq öz əzablı ölümüylə haqq dərgahında idi…
Nərgiz :
-“Bu gündən sonra mən də qərara gəldim ki ,artıq onun əziyətlərinə
qatlaşmayacam,onun zülmüylə mübarizə aparacam və belə də oldu..hiyləgərliyə keçdim…O mənə qarşı necə idisə mən də ona qarşı daha betər oldum…Elşənə onun anasının etdiylərini isbat etmək üçün başqa yolum da yox idi …Hiyləgərliyə əl atdım və istədiyimə də nail oldum..Elşən onun sənə də mənə də etdiklərini anladı nəhayət ki…Ama o gün …..ogün baş verənlərə görə o mənə nifrət etdi..Ama mən onu istəyərək etməmişdim…O özü mənim üzərimə hücum çəkdi mən sadəcə özümü müdafiə etmək istəyərkən o pilləkənlərdən düşdü və iflic oldu..Anasının bu vəziyyətindən sonra Elşən məni evdən qovdu…Sona,mən Elşənin uşağını daşıyıram,özünün hələ bundan xəbəri yoxdu..Sona bilirəm sən çox əziyyətlər çəkmisən,ağrılı günlər keçirtmisən..Amma öz ayaqlarının üzərində durmagı da bacarmısan…Sona mən Elşəni sevirəm və onunla barışmaq istəyirəm..xaiş edirəm mənə kömək elə..Mən istəmirəm ailəmiz dağılsın…”..
Bu sözlər Sonanı bir keçmişə ,bir də az öncə xəyalını qurdugu gələcəyə aparıb gətirdi..Beynində dumanlandı hər şey…Səsi tutuldu və heçnə deyə bilmədi..Susdu,sakitcə ayaga qalxdı ,geriyə dönüb Nərgizə baxdı və gözlərini sakitcə yumub açdı razılıq əlaməti olaraq ,sonra yoluna davam etdi….
Az öncə inamla gedən bu addımlarda indi bir zəiflik vardı..o zəif-zəif addımlayır və ayaqlarının onu apardıgı yerə gedirdi..düşüncələrə tamamilə dalmış,getdiyi yolun fərqində belə deyildi…Az öncə inamla Elşənlə görüşə tələsirdi, indi isə addımlarını düşüncələri yavaşladırdı və “dur və geriyə dön ” deyirdi sanki…Sona neyləyəcəyini bilmirdi…o çaşıb qalmışdı….Fikirlərində Elşənin,Nərgizin ,öz uşaqlarının simaları canlanıb itir,və qəlbinin dərinliyindəki özündən belə gizlətməyə çalışdığı gecikmiş məhəbbətinin gözləri canlanırdı gözlərinin önündə..Sona başını aşagı salıb elə irəliləyirdi ki, qarşısını da görməz olmuşdu bu düşüncələr onun gözlərini tutmuşdu sanki..O getdiyi yolda deyil,öz xəyallarındakı bir aləmdə düşüncələr içərisində azıb qalmışdı…Birdən nəsə bir divara dirəndi sanki..Gözləri xəyal dönyasından ayrıldı və ayaqları gördü….Qarşısında dayanan insanın ayaqlarını…Sona başını sakitcə qaldirib qarşisinda dayanan bu tanıdıgı insana təəccublu gözlərlə baxırdı….bu onun düşüncələri idimi gəlib qarşısında dayanmışdı?yoxsa bir həqiqət idi ki qarşısına çıxmışdı?

Niki Şems Nigari 15.02.2018.
www.kafiye.net