Bir Röya Görsəm

Bir röya görsəm. Röyamda görüşsək.. Əl-ələ tutsaq. Göz-gözə baxsaq. Sonra birdən göy guruldasa,yağış yağsa. Biz yağışın altında islansaq. O damlalar üzümüzü islatsa,ama biz gözlərimizi ayırmasaq bir-birimizdən,qoparmasaq əllərimizi əllərimizdən. Sonra yağış dayansa, günəş çıxsa. Göyqurşağının altından keçsək qəlbimizdə arzuyla…

Sonra ağaclardan yarpaqlar düşməyə başlasa.. Hərtərəf xəzan olsa. Biz bu xəzan yarpaqları əzməkdən zövq alaraq qaçsaq bu ağacların arasında. Sonra qar yağsa. Biz bir-birimizin üzünə qar çırpsaq . Sonra yerə yıxıb bir-birimizə qar yedizdirsək və yuvarlansaq qarların arasında,yenə göz-gözə gəlsək.

Sonra ağaclar çiçəklənməyə başlasa. Çiçəklərin qoxusu ətrafa yayılsa,quşlar gözəl nəğmələrini ötsələr,biz də bu gözəllikdən zövq alaraq əl-ələ gəzsək. Sonra sonra əllərimizi birləşdirib göz-gözə baxsaq və bu röya bitməsə. Bir röya görsəm və heçbir zaman bitməsə..Beləcə fəsillər ötərək davam etsə.

Niki Şemsi Nigari
www.kafiye.net