Məktub

Məktub yazmaq istədim
bu gün yenidən sənə.
Keçmiş ad günün üçün
Təbrik göndərim sənə.
Ağ vərəqin üstündə
Sətirlər dolub daşdı,
Məktub yola düşmədən
Nə qədər yollar aşdı ,
Ard-arda düzüldükcə
sətirlər düzüm-düzüm
Qələm haray qoparıb
ağladı zülüm -zülüm.
Təbrik yerinə qələm
Həsrətdən söz açmışdı,
Bu gün qələm yenə də
Əlimdə od almışdı.
Yazdığım o məktubu
yenə yola salmadım
Köhnə məktublar kimi
Yenə qutuya atdım.

Nahidə Tağıyeva Qurbanova
www.kafiye.net