Hər Günüm Eyni

Mənim hər günüm eyni
Dəyişəcək heçnə yox
Dəyişə biləcəyim
Səndən gələn xəbər yox.
Yerim pəncərə önü
Yol gözlyən gözlərim
Nə zamansa mən sənə
Deyəcəyim sözlərim
Hər gün təkrar edərək
Unutmamağım üçün
Öz-özümə deyirəm.
Körpə uşaqlar kimi
Pəncərənin önündə
Durub yol gözləyirəm.

Mənim hər günüm eyni
Hər günüm təkrar olur.
Yaşla dolan gözlərim
Boşalıb yenə dolur.
Balaca bir körpə tək
özümü aldadıram
Hərdən elə günləri
Bilərək səhv salıram.
Yenə heçnə dəyişmir
Saat qovur zamanı
Uçaraq zaman gedir
Ömüründən hamının
Hər kəs öz işindədir.
Hərənin öz dərdi var
Mənim dərdim sənlədir.

Nahidə Tagıyeva Qurbanova 
www.kafiye.net