Səni Sevməyimi

Səni sevməyimi istəmə məndən.
Mən səni yenidən sevə bilmərəm.
Bu sevginin günahını boynuma
Alıb birdə ona bata bilmərəm.

Daha keçib bizim sevən vaxtımız.
Gecikmişik səndə,elə özümdə.
Dən düşübdür ağarıb bax saçımız.
Daha seçmir zəif görür gözümdə.

Səhv salırıq sözləridə arada
Kəlmələrin hərdən yeri tərs düşür.
Durmuşuq ömürün tən ortasında.
Bizə ancaq ölüm adlı pay düşür..

Nənə .baba olan vaxtımız indi.
Nə tez gəlib biz bu yaşa çatmışıq.
Elə bilki hər şey dünən olubdur.
Hələ gəncik biz elədə qalmışıq.

Daha gecdir demə səni sevməmi.
Sevmək bizə qəbahətdir əzizim .
Hamı bizdən üz çevirər bilirəm.
Salamı da kimsə almaz əzizim .

Nahidə Tagiyeva Qurbanova /29.01 2018
www.kafiye.net