21-ci əsrin Məcnunu

O vaxtlar bizim 13-14 yaşlarımız olardı..Uşaqlıqdan yeniyetməliyə doğru addımlayırdıq..Böyümək,yaşamaq sevib-sevilmək arzusuyla çırpınırdı ürəklərimiz..
Uşaqlıgımız bir yerdə keçmişdi ..3 nəfər idik ..bir qız 2 oglan ..uşaqlıqdan bir yerdə oynayıb deyib gülürdük hər zaman..sonra böyüyüb məktəbə getdik…məktəbdə də elə bir yerdə olurduq daim….1977-ci illər idi…yadımdadır indi də dünən kimi o günlər…Dostum Fizuli də,Sevil də bir -birlərinə olan məhəbbətlərini mənə söyləyirdilər..Bir-birlərinə söyləməyə çəkinir ,təkcə mənə deyə bilirdilər sirrlərini…
Aprel idi ..Günəş üstümüzə şəfəqlərini saçırdı,çiçəklər yenicə açırdı..Hər tərəfdə çiçəklərin,ağacların yenilənmə qoxusu vardı…Sanki təbiət özü sevgi saçırdı ətrafa..İdman dərsində idik.Müəllim bizi həyətdə futboll meydançasına aparmışdı..Qızlar isə voleyboll oynayırdı..Fasilədə Fizuli gəlib yanıma əyləşdi..Qızların içində voleyboll oynayarkən saçları o yan – bu yana yellənən ,yanaqları qızarmış,qızların ən gözəli olan,bizim uşaqlıq dostumuz Sevili göstərib dedi:
-Bilirsən,Faxa,çoxdandır ürəyimdə bir eşq var..Bax mən Sevili sevirəm..Gecələr yatmazdan öncə xəyalı durur gözlərimin önündə..Onu düşünürəm hər gecə,gündüz ayılanda da ilk o gəlir aglıma..Dərsə həvəslə gəlirəm ki onu görüm..Dünyanın ən xoşbəxt insanı oluram onu görəndə..
-Hmm ,bəs o? O da sevir səni?
-Bilmirəm dost,bilmirəm..
-Necə ki,bəs deməmisən ona sevdiyini ?
-Yox,deməmişəm.Dəfələrlə cəhd etmişəm söyləyim,ama olmayıb,bacarmamışam,dilim tutulur,nitqim lal olur onu görəndə..
-Hmm,dostum,sənin işin lap qəlizdi,neyləyə bilərəm sənin üçün?
-Bilmirəm,bir yolunu fikirləşməliyəm,bircə bilsəydim ki o məni sevir,dünyanın ən xoşbəxt insanı olardım..
-Darıxma ,dostum,sənin kimi oglanı kim sevməz ki…
Bu vaxt müəllimin fiti ayırdı bizi söhbətimizdən..Söhbət elə orda da qaldı,sonra da başımız qarışdı dərslərə,daha soruşa da bilmədim bəs nə oldu,necə oldu..Üstündən bir-iki gün keçmişdi..Sevil yanıma gəlib əyləşdi..Utancaq -utancaq başını aşagı salıb,əllərini bir- birinə sıxaraq sözə başladı..
-Bilirsən,sənə bir şey demək istəyirəm ,ama utanıram.
-Buyur,çəkinmə,de..
-Sən mənə qardaş kimisən,uşaqlıqdan bir böyümüşük,mən bu sirri ancaq sənə deyə bilərəm..
-Buyur,de ,mənə etbar edə bilərsən ,ürəyini sıxan nədi?
-Sənin dostun Fizuli…
-Aha,Fizuli…
-Mən onu sevirəm,ama bunu özünə söyləməyə utanıram..
-Sənə necə kömək edim?
-Bilmirəm,bircə onu bilmək istəyirəm ki sevdiyi var ya yox…sənə deməmiş olmaz…

Fikrə getdim,nə deyəcəyimi bilmədim..Dostum da mənə etibar edib öz sirrini söyləmişdi..Buvaxt çalınan zəng imdadıma yetişdi..Sevilin sualından yayına bildim..
Hər ikisi hər dəfə gəlib bir-birlərinə olan məhəbbətlərini mənə danışırdılar,nə deyəcəyimi,necə edəcəyimi bilmirdim,düşünürdüm..Qərara gəldim ki ,deyim məktub yazsınlar bir-birlərinə..Hər ikisinə də eyni sözü söylədim…Hər ikisi də bir-birinə məktub yazdı..Sevgilərini etiraf edən məktub..Beləliklə onların gizli olan bu eşqləri bir-birlərinə aşkar oldu,amma bununla bitmədi….

Valideynləri xəbər tutmuşdu sevgilərindən və Sevilə ciddi nəzarət vardı..Təkcə məktəbdə çox çətinliklə görüşüb söhbət edə bilirdilər..
Sevil xəstələnmişdi ,bir müddət idi ki, dərsə gəlmirdi …Fizuli ondan ötrü nigaran idi ,onu görmək istəyirdi….Gecə saat 12-ni keçirdi,artıq yerimə uzanıb yatmaga hazırlaşırdım ki, telefon zəng çaldı..Dəstəyi götürdüm..Fizulinin səsi idi:
-“Faxa mən gedirəm Sevili görməyə,darıxmışam,onu görməliyəm..”
-Gözlə səhər açılsın bir yerdə gedərik,indi getmə.
-Yox səhəri gözləyə bilmərəm,gözümə yuxu getmir inan..neçə vaxtdır ki görmürəm ,çox darıxmışam.
-Bəs axı necə edəcəysən ?necə görəcəysən onu?
-Eyvandan içəri keçəcəm,qısa müddətlik də olsa səsini eşidim,üzünü görüm ,qayıdacam.
-Yaxşı,Allah köməyin olsun,get,ama ehtiyatlı ol ki tutulmayasız..
-Yaxşı..
Fizuliylə səhərisi gün məktəbdə görüşdük..Soruşdum axşam necə oldu deyə..Həyəcanla ,narahat vəzyiyyyətdə sözə başladı:..-“Eyvandan içəri keçdim..Sevil yatağında uzanıb üstünü örtmüşdü..Məni görüb sevindi ..Şirin-şirin söhbət etdik…Sonra ayaq səsləri eşidildi .Özümü çatdırıb qapının dalına güclə atıldım ki, qapı açıldı,mən qapının arxasında idim..Qapını açan isə Tükəzban xala idi..Qızına deyirdi ki;-“Ay qızım sən kiminlə danışırsan bu gecə vaxtı?o səslər nə idi elə?” ..Sevil də qurumuşdu,özünü itirmişdi,anası onunla danışırdı ,o isə mənə baxırdı..Tükəzban xala onun baxışlarından şübhələnib qapının arxasına baxdı məni görüb qışqırdı və otaqdan çıxdı..o otaqdan çıxar-çıxmaz mən özümü tez eyvandan çölə atdım”..
Fizuli bunları deyirdi və hiss edirdim ki o böyük qorxu və təlaş içindədir…
Sonra Sevilin valideynləri onu həkimə apardılar …Bir qız üçün onun valideynlərinin ona inanmamaması dəhşətli bir hiss olmalıdır yəqinki ..mən bunu Sevilin o halından gördüm..Qız çox pis vəziyyətdə idi…
Səkkizinci sinif imatahanları vaxtı idi..Sevilin valideynləri rayona toya getməli idilər,Sevil isə qalıb imtahan verməli idi..Amma valideynləri onu Fizuli ilə qalıb söhbət edib görüşməməsi üçün özləri ilə apardılar..Sonra isə biz o dəhşətli xəbəri eşitdik…Maşının yolda qəzaya düşməsi sanki elə təkcə Sevilin əcəli üçün imiş,sanki elə Fizuli ilə Sevili ayırmaq üçün gələn əcəl imiş o qəza..Maşında olan heç bir kimsənin burnu belə qanamazkən təkcə Sevilin rəhmətə getməsi Fizulini tanınmaz hala gətirdi..Fizuli dərslərini yaxşı oxuyan,ağıllı ,tərbiyəli oğlan idi,lakin Sevilin ölümü onu heç özünə yaraşmayan bir çevrəyə qoşulmasına nədən oldu..Bu hadisədən sonra o özünə gələ bilmədi,sonra tutulub Sibirdə həbsxənaya düşdü..Beləcə illər keçdi..Məktublaşırdıq onunla..1984 -cü ildə Moskvada görüşdük ,danışdıq…İmtahanlara hazırlaşırdı,oxuyacağını dedi,sevindim..Sonra xəbər aldım ki qəbul olub..İllər keçdi ..1987 -ci il idi artıq ..Bir dəfə o Azərbaycana gəldi ,görüşdük,danışdıq,söhbət etdik,sonra Sevilin anasıyla görüşmək istədi..Birlikdə onun işlədiyi dükana getdik,görüşdük onunla..Qadın çox pis halda idi,yaylıgının altından çıxan saçları başının ağappaq ağardıgını göstərirdi..Sanki elə bizi görmək istəyirmiş,hönkür-hönkür ağladı..Fizuli ilə bir-birini qucaqlayıb aglayırdılar,biri qızının,biri də sevdiyinin ayrılıgına,vaxtsız ölümünə aglayırdı..Vaxtsız əcəl onların ikisinə də böyük zərbə vurmuşdu bu ayrılıqla…
Sonra Fizuli yenidən Moskvaya qayıtdı…Bir-müddət sonra noyabr-dekabr mitinqləri vaxtı o yenidən Azərbaycana döndü…Könüllü Qarabaga gedib 1992-ci ilə qədər vuruşdu..Sonra isə mənimlə birlikdə Almaniyaya gəldik..indi isə o hal-hazırda burda Almaniyada uzun müddətdi ki psixatriya xəstəxanasında qalır…Heç vaxt evlənməyib,heç bir zaman da Sevili ağlından çıxartmayıb..Doğurdan da həyatda Məcnun kimi sevən də olurmuş .Mən bunun şahidi oldum və bu hekayəni də sizlərlə paylaşmaq istədim…

 Niki Şemn Nigari…30.01.2018
www.kafiye.net