SEVDİM

Şirin gülüşünə, şirin sözünə,
Mehriban üzünə ,qara gözünə,
Vallah vurulmadım sənin özünə,
Mən sənin o gözəl qəlbini sevdim.

 

Zülmət gecələrə yaraşıq Aydır,
Ayın nuru ona Günəşdən paydır.
Demirəm cəmalın ulduza taydır,
Mən sənin o gözəl qəlbini sevdim.

 

Lillənsə, bulanar dərya ,heyifdir..
Çirkab su önündə qaya heyifdir,
Köksünə sığışan dünya heyifdir,
Mən sənin o gözəl qəlbini sevdim.

 

Çıxar əynindəki zülmət libasın,
Diqqət et qızıla mis qoşülmasın,
Bu Tənha Buluda şübhən olmasın,
Mən sənin o gözəl qəlbini sevdim.

Tamara Rustamova Tenha Bulud /21.06.2017
www.kafiye.net