20 Yanvar şəhidlərinə

O g e c ə

Yağı gəldi,basıldıq,
Doğrandıq qıyma-qıyma.
Bir qıydın,buna dözdük,
Allahım-bir də qıyma!

Bir fırtına,bir tufan,
Bu bəlaydı,bu qandı.
Min ah-nalə göylərə,
Qan da dizə dayandı.

Güldü şeytan gözləri,
Tapdandı haqq-ədalət.
Düşüb də şər cənginə,
Baltalandı yüz qamət.

Baltalandı, həqiqət
Diri-diri soyuldu.
O gecədə min ürək
Köz üstünə qoyuldu.

Olacağın beləsin
Axı,kimdi dərk edən?
Xəbərsizdi elə bil,
Alıah da o gecədən.

O gecənin sabahı
Gün gizlədi üzünü.
Buludlarda gizlənib,
Xəlvət sıxdı gözünü.

O gecədən tarixə
Düşdü qanlı bir ləkə.
Dünya boyda bu yükü
O gecə necə çəkə?

O gecə həm ləkəli,
Həmi oldu üzüağ.
O gecə imperyaya
Çəkildi məhz yanar dağ.

Yana-yana o gecə
Odumuza qızındıq.
O gecə AZADLIĞI
Qanımızla qazandıq.

Məzahir İsgəndər