Hər vaxtınız xeyir

Hər vaxtınız xeyir .
Bir statusa rast gəldim , açığı mənə çox pis təsir etdi . 
Xanım yazır ki , cavanlarımız 20 yanvar hadisələri ilə bağlı keçirilən sorğuya cavab verə bilmirlər , Qanlı Yanvar hadisələri ilə bağlı heç bir bilgiləri yoxdur . Görəsən , bunun səbəbi ailələrdədir , yoxsa məktəblərdə ?
Yazılan rəylər məni olduqca məyus etdi , Hamı bir ağızdan məktəbləri günahlandırır , müəllimləri təhqir edir . Hətta bir xanım yazır ki , ” Müəllimlərin başı pul yığmağa qarIşıb , nə veclərinə?”
Ayıbdır , vallah ! Danışmağa sözünüz tükənibsə , ən yaxşısı SUSUN!!!!
Nəzərinizə çatdırım ki , İstənilən tarixi hadisələr ərəfəsində Nazirliyin göstərişi ilə bütün ümumtəhsil məktəblərində tədbirlər keçirilir, hadisələr tam aydınlığı ilə işıqlandırılır . Məktəblərə icra nümayəndəliklərindən və digər Dövlət qurumlarından qonaqlar dəvət olunur.
Niyə problem ortaya çıxan kimi ailələr bir yana qalır , məktəb , müəllim günahlandırılır ? Niyə demirik ki İnternet millətin evini yıxıb ? Niyə demirik ki , atalar da , analar da , hətta nənə – babalar da gecə – gündüz feysdə , instoqramda , odnoklasnikdədir ? Bu , qərəz deyil , bəs nədir ?
30 ildən yuxarı pedaqoji təcrübəsi olan təhsil işçisi kimi , birmənalı olaraq belə halları qətiyyətlə pisləyirəm!
Müəllimə , məktəbə qara yaxanlara , onları nüfuzdan salmaq istəyənlərə isə deyirəm: ÖZÜNÜZƏ GƏLİN!!!! Sizin hamınızı yetişdirən MÜƏLLİMDİR! Yersiz hərəkətlərinizə , məntiqsiz , bisavad danışığınıza görə ilk növbədə özünüzü günahlandırın ! Çünki , bu davranışınızla cəmiyyətə zərbəni elə siz özünüz vurursuz !
Bu qədər

Govher Rustamova
www.kafiye.net