Azadlıq Yanğısı

Biz tankların qarşısına əliyalın çıxanlarıq,
Odlu silah qabağında ətdən çəpər quranlarıq,
Biz o qanlı imperiyanı özülündən yıxanlarıq
Biz azadlıq yanğısıyla şəhid olan insanlarıq

 

Azadlığı öz qanıyla alan ulu bir məmləkət
Əlbəttə ki yaratmalı güclü dövlət,böyük dövlət
Vətən adlı bu torpağın qayası biz,daşı bizik,
Vətəni qoruya bilsək,onun vətəndaşı bizik

Tamara Rustamova Tənha Bulud

www.kafiye.net