Bu Ayrılıq

Bu ayrılıq çox yenidir 
Hələ sənə acı verməz.
Çevrilib ağır bir daşa
Qəlbində hələ yer etməz.

Zaman ötər anlayarsan.
Saçlarına dən düşəndə.
Gözlərin baxıb yollara
Qəlbindən bir ah keçəndə.

Yad üzlərdə məni gəzib,
Gözlərində yaş gizlədib
Arada bir əl yellədib
Astadan bir ah deyəndə.

Bu ayrılıq çox təzədir
Hələ sənə yer eləməz.
Bilirəm ki dodağında
Bu tezlikdə kaşki deməz.

 

Nahidə Tagıyeva Qurbanova /19.01.2017
www.kafiye.net