İlllər Boyu

İlllər boyu bir həsrətin acısından,
Dən salmışam qara saça bilə-bilə.
Gözlərim də sevən qəlbin ağrısından.
Yaş tökübdür illər boyu gilə-gilə.

Ömrün illərini boşa xərcləyib.
İndi anlamışam hədərmiş ,hədər
Çəkdiyim o həsrət ,o ağrı acı,
Dəyməzmiş heç kimə axı bu qədər.

Daha sızlamağın yeri də yoxdur.
Sızlama ey ürək bu gündən belə.
Sakit yaşa öz hücrəndə amandır.
At üstündən o ağrını at elə.

Nahidə Tağıyeva Qurbanova /18.01.2018

www.kafiye.net