Gəl Oynama

Gəl oynama ürəyimin simiylə,
Burulğanda qərq olan bir gəmiylə,
Mən əzəldən sirdaş oldum qəm ilə,
Sevinc mənlə barışdı nə  küsdü nə?

 

Dinləmədim ürəyimin səsini,
Sınaq etdim iradəni , dözümü
Mən yemişəm taleyin şilləsini,
Göz yaşlarım çağladı nə , kəsdi nə?

 

Aldadammaz nakəs məni söz ilə,
Mən görürəm ürəyimin gözüylə.
Yol gedirəm Tanrının öz iziylə,
Hər addımda Şeytan durub qəsdimə.

 

Nə qədər ki bu dünyada mən varam,
Nə qədər ki odlanıram, yanıram
Qızınırsan alovuma, istimə
Söndürərsən , kor olarsan tüstümə!

Tamara Rustamova Tənha Bulud/   1997-ci il

www.kafiye.net