GİZLİ DÜŞMƏN

Haram çörək yeyib nankor olmusan,
Kinli-küdurətli ,məkrli düşmən.
Yamana dost , yaxşıya kor olmusan,
Səni tanıyıram , ay  gizli düşmən.

                          2

Hörümçək torunu hər yerdə qurma,
Sənə yal verənin üstünə hürmə!
Başını gizlədib kolluğa girmə,
Səni tanıyıram ,ay gizli düşmən.

                         3

Pambıqla baş kəsib sən gülə-gülə,
İncə üsullarla qurursan tələ.
Özümü görəndə tutursan dilə,
Səni tanıyıram, ay gizli düşmən.

                       4

Dostlar arasına nifaq salırsan,
Kənardan seyr edib ləzzət alırsan.
Planın baş tutub elə sanırsan?
Səni tanıyıram ,ay gizli düşmən.

                        5

Gözündə gizlənib qəlbinin pası!
Məlumdur, gözlərdir qəlbin aynası.
İnsan libasında şeytan balası!
Səni tanıyıram , ay gizli düşmən.

                        6

Yırtmışam maskanı, baxma sağ-sola!
Vicdanını çoxdan satmısan pula.
Haqdan üz çevirib düşdün pis yola,
Səni tanıyıram ,ay gizli düşmən.

                         7

Atdığın hər oxa min qalxanım var.
Heç nəyim yoxsa da, tək imanım var.
Tövbə eylə nə qədər zamanın var.
Səni tanıyıram, ay gizli düşmən,
Kinli-küdurətli , məkrli düşmən!

Tamara Rustamova Tənha Bulud|2015

www.kafiye.net