Ayrılığın addım səsi olurmu?

 

Laqeydliyin soyuq baxışlarıyla
Ayrılığın addım səsi duiyilar.
Ürəkdə iz salan qırışlarıyla
Naxış-naxış bünövrəsi qoyular…
Ayrılığın addım səsi olurmu?

 

Buza dönmüş göz yaşları əriyər,
Hicran yeli küllərimi kürüyər,
İçindən ovulan sevgi çürüyər,
Ayrılığın addım səsi olurmu?

 

Tənha Bulud Göylərin sirdaşıdır,
Köksünən süzülən həsrət  yaşıdır,
Küllərindən doğan Simurq quşudur,
Ayrılığın addım səsi olurmu?

19.01.2018
Tamara Rustamova Tenha Bulud

www.kafiye.net