Alıb Sevincimi

Alıb sevincimi məndən aparan,
Nə olar bir dəfə insafa gəlsən.
Məni tənhalıqla baş-başa qoyan,
Getdiyin yolundan dön-dönə bilsən.

Sənsiz gecələrdə düşməndir mənə,
Nə gecəm bəllidir nədə gündüzüm.
Fəsillər də qənim kəsilib mənə
Dəyişən fəsildən qış düşür mənə,

Nə evim qızınmır nə də ürəyim,
Qəmdir sən gedəndən mənim çörəyim,
Dünyanın malından yoxdur gərəyim
Getdiyin yolundan dön dönə bilsən.

Bitmir bu yolların acı həsrəti,
Ağlıma da batmır qoca nəsihəti.
Dönüşün bitirər bircə həsrəti,
Getdiyin yolundan dön-dönə bilsən.

Nahidə Tağıyeva
www.kafiye.net