GƏLƏR

Kağızdan oxumaz öz yazdığını—-
Şairin əşarı sinədən gələr!
Avazı, dastanı Haqq aşığından,
Dili bayatılı nənədən gələr.
Kağlzdan oxusa yazdığı şeiri,
“Qaş”ı ” ” quş” oxuyar , “diri”ni ” dəri”
Qalmaz yazdığının məna dəyəri,
Boğazdan yuxarı,  çənədən gələr.
Varmı şeirimizə dünyada əvəz?
İlham pərimizin ulduzu sönməz.
Qədim muğamatda o yanğılı səs
Xalqımın çəkdiyi çilədən gələr.
Düzlükdən nə anlar vicdanı sönük?
Hər yaşıl ağacdan umar kölgəlik.
Namərddə satqınlıq, mərddə kişilik
Kökdən ,bünövrədən-binədən gələr.
Nizami , Füzuli,  Xətai bizim
Solmaz baharları söz xəznəmizin.
Baş əydim önündə qudrətli sözün,
Ki əsrlər keçib sənədən gələr.

Tamara Rustamova Tənha Bulud/2003
www.kafiye.net