VƏTƏN SƏRHƏDDƏN BAŞLANİR

Vətən sərhəddən başlayır
Hanı bizim sərhədimiz?
Bölük-bölük ,orda -burda
Qismət olub itə-qurda!
Borçalıda , Göyçədə
Kəsilən əllərimiz ,qollarımız,
Qarabağda işğal altda sızıldayan
Bağrı yanıq torpağımız.
Araz çayın o tayında     
Təbriz adlı canımız var,
Dilimiz var, dinimiz var ,qanımız var.
Aralıqda “Araz”   adlı göz yaşımız.
Azərbaycan! Xəritədə görkəmindən
Sən qartala bənzəyirsən.
Qanadının bir yanında Qarabağım-sinə dağım.
Demək kəsilib qanadın…
Necə olsun “Qartal” adın?
Zirvələrdə qərar tutmaq ,
              Əngin səmalarda uçmaq—
Budur qartala yaraşan! 
                                          Varmı səndə bundan nişan?
Ey  igidlik salnaməsi əsrləri keçib gələn
Ey yağıya baş əyməyən Qoç Koroğlu
                                                        İgid Babək!
Tomris ana! Bamsı Beyrək!
Canınızla ,qanınızla qorudunuz,
Yarasına məlhəm olub sarıdınız
Bu torpağı ,bu elatı ,
bizə verdiz amanatı.
Gözün kimi baxmalıydın ,Vətən oğlu!
Sənsə gözünü qorudun ,
Əldən verdin amanatı….
Bu gün yoxsa qartalımın bir qanadı
Belə getsə , kəsiləcək o biri də !
Sonra başı…Sonra?! Sonra?:!
Oyan ! Oyan bu qəflət yuxusundan!
Ey Vətənin oğlu-qızı!
Dizlərində təpər olsun Torpq eşqi
Qalx ayağa!
                       Vətən bizim namusumuz, ismətimiz,
Tanrı verən qismətimiz.
Alaq onu yad əlindən,
                              Qırılmasın qanadları.
Haydı, Vətən övladları!
Haydı, Vətən övladları!

Tamara Rustamova Tənha Bulud
www.kafiye.net