BOŞ ÇƏRÇIVƏ

Çaldı heyatımı gedərkən məndən,
Namərd kül üfürdü eşqin gözünə.
Iz qalmasın deyə ,o çərçivədən-
rəsmini çıxarıb verdim özünə.

Ancaq çərçivəni ata bilmirəm,
Sanki içi onun cismiylə dolu.
Hamının gördüyü o boş çərçivə,
Mənim gözlərimdə rəsmiylə dolu.

Hər gecə baxıram o çərçivəyə,
Gözümdə canlanıb, həm yox olursan.
Boşaldıb qəlbimi çıxıb gedirəm,
Dönüb baxıram ki, mənə baxırsan.

Səndən mənə qalan o boş çərçivə,
Sönən eşqimizin alışan közü.
Bir zaman rəsminlə dolu çərçivə,
Indi yaşatmayır bu eşqimizi.

Bilməzdim ki, səndən yadigar qalan,
O quru çərçivə canlı olacaq.
Bu boş çərçivədə bir ömür boyu,
Nakam eşqimizin izi qalacaq.

Seadet Rzayeva Qerib 
2016

 www.kafiye.net