Gecikmiş məhəbbət(2ci hissə)…-Sonanın qərarı…

Sonanın xatirəsində hər şey canlanır..Elşəni ilk tanıdığı gündən bu günə qədər nələr olubsa sürətlə beynindən keçməyə başlayır.Elşənin bu addımı onu düşündürür.Axı o ailəsinin dağılmasını ,hər şeyin bu vəziyyətə gəlib çatmasını istəmirdi.Axı o xoşbəxt ailə olmaq üçün çox şeyə dözmüşdü.Axı o Elşənə vaxtilə ona inanması üçün çox yalvarmışdı..

Sona susur.. Susqunluğunun altında çox şey gizlənirdi.Susqunlugunun altinda Elşənin üzünə çırpmaq istədiyi şillələr vardı,sözlər vardı,hadisələr vardı.

.Evə gəlir..Dərin-dərin düşüncələrə dalır,yemək bişirir bu dərin düşüncələrlə,evi təmizləyir,uşaqları yedizdirir,yatızdırır..Düşünərək gəzir,işlərini görür..Düşüncələr onu uzaqlara aparır.O qədər uzaqlara ki ,zamana səyahət edir .fikirlərində..Keçmişə gedir..Hər gün,hər an,hər saniə yaxşısıyla,pisiylə fikirlərində canlanır…

“Gəlin gəldiyi heç bir ay olmamış qaynanası Almaz onun uşağı olmadığı üçün günahlandırır,boşatdıracağını deyib Sonanı ağladırdı..Sonanın bətnindəki uşağdan xəbərsiz olan Almaz Sonaya xəstəlik adı qoyub ,tezliklə oğlundan ayıracağını,başqasıyla evləndirəcəyini söyləyirdi.”…….-xatirələr beynində canlandıqca içində sıxıntılar baş qaldırırdı,hadisələr beynində ard-arda sürətlə gəlinb keçirdi…-“Tezliklə uşağın olması xəbəri ilə Sona sevinsə də müxtəlif bəhanələrlə Almaz tərəfindən azarlanır, yoldaşına döydürülürdü.Atası,anası və bütün dost -tanışlarla ünsiyyətdən məhrum olmuş,kasıb olması bir tənəyə çevrilmişdi.. Keçirdiyi streslərin bətnindəki uşağa zərərli olabiləcəyini həkim qeyd etsə də bu Almazın Sonaya olan rəftarını heçvaxt dəyişməmişdi..”..- Sona xatırlayır və dərin bir ah çəkirdi.Sanki həmin günlərdəki hissləri yenidən yaşayırdı…-“Uşağın çətinliklə dünyaya gəlişindən sonrakı günlərdə Sona hər gün daha çox əziyyət çəkir,fiziki və mənəvi əzablara qatlaşırdı..Günlərcə yuxusuz qalırdı..Üzünün azca gülməsi Almazın başına qaynar su tökürdü sanki..Sonanı azarlamaqdan,incitməkdən,oğluna pisləyib döydürməkdən yorulmurdu…”….- bir-bir xatirində canlanırdı keçən hər gün.Amma unuda bilmədiyi,ən çox yaddaşına həkk olunub bağışlaya bilmədiyi xüsusi günlər vardı.Elşənin üzrü ,peşmançılığı Sonaya bu xüsusi günlərin əzablı hisslərini unutdurmağa yetmirdi..Ən çox da o gün…-“gəlmişdilər.Əslində bu qonaqlar bu evə daimi gələn Taculla kişi və Şahnaz arvad idi..Taculla kişi bura daimi gəliş gedişi olan ,çox yaxşı insan idi..Yoldaşı Şahnaz da çox mülayim xasiyyətli gözəl bir insan idi.. Üç qızları vardı..Özləri kasıb olsalar da qızlarının üçünü də oxutmuş,savadlı böyütmüşdülər..Qızlarından biri də Türkiyyədə ərə getmişdi..Ən maraqlısı da Almaz onların da arxasıyca danışır ,müxtəlif yalan və pis məlumatlar deyirdi oz xalası qızları və başqa qohum tanışlarına…Ancaq Şahnazın üzünə gülür və tərifləyirdi özünü və onun qızlarını..Taculla kişi öz müşahidəsi əsasənda anlamışdı Sonaya qarşı evdə olunan rəftarları və acıyırdı onun halına.Sona onların qarşısına çay,şirniyyat,mürəbbə qoyub, mətbəxə keçdi..Bir az keçəndən sonra Elşən -“Taculla əmiyə çay gətir”- deyə səsləndi…Sona mətbəxdən tez gəlib stəkanı götürmək istəyərkən Taculla kişi əlini stəkanın ağzına qoyub :”Bəsdir ,qızım,çox sagol,istəmirəm.” -dedi..Sona daha bu sözdən sonra çay gətirməyib stəkanı aparıb yudu.Almazın gözündən qaçmamışdı bu mənzərə.Qonaqlar gedinəcən dodaqlarını çeynəyə- çeynəyə birtəhər səbr edib dayandı..Onlar getdikdən sonra Sonanın saçından tutub sürütləyə-sürütləyə mətbəxdən çıxarıb böyük otağa gətirdi.Başını bir neçə dəfə divara çırpıb :”-Sən mənim oğlumun sözün qonaqların yanında yerə saldın? sənin nə ixtiyarın var belə edirsən? o istəmirəm desə də sən gətirməli idin..!”..-sona dillənmək istədi..-“axı bir neçə dəfə belə olub, gətirmişəm içməyib “-sənə dedim axi istəmirəm2-deyib” demək istədi ,beynindən keçən bu fikirlərini dilinə gətirməyə macal vermedi Almaz ..dayanmadan danışır ,qızın üzünə şillə vurub ,əlləri ilə az qala bogurdu..Sona tab gətirə bilməyib yerə yıxıkldı, huşu getdi..Bunu görən Almaz təşvişə düşüb qaçıb mətbəxdən su gətirdi,buz kimi suyu sonanin başına tokdu ki ayilsin,sonan ayildi soyuq suyun təsrindən..Ancaq nə danışa bildi,nə də ayaga qalxa bildi..dili titrəyirdi,dodaqlaı titrəyirdi, əlləri,ayaqları qırc olmusdu,tərpənə bilmirdi,başını da dondere bilmirdi saga sola..eləcə oldugu vəziyyətdə qalmışdı.Amma ətrafdakı səsləri, usaqlarinin qorxaraq aglamasini eşidirdi..Ən maraqlsı və sonanın unudub bagişlaya bilmədiyi də o idi ki butun bunlar Elşənin gözlərinin qarşısında baş verirdi..Elşən Sonaya qətiyyən acımırdı,əksinə anasına haqq qazandırırdı.Sonaya yazıgı gəlmirdi, əksinə ona inanmirdı,onun bunu yalandan qəsdən etdiyini düşünürdü.Hətta telefonu goturub onu videoya da çəkmişdi.Sonra uşaqların gözü görməsin deyə sonanı qucaginda öz otaqlarına aparib qoymuş,qapını da bağılamışdı..Bir saat ərzində Sona özünə gələ bilməsə də bu heçkimin vecinə olmamışdı..Özünə gəldikdən sonra isə hamısı yenə onun üstünə düşmüş, “niyə belə etdin ” deyərək qinamış,yenə vurmuş və vurarkən “vururam ,yenə ürəyin getsin ” -deyib gülmüşdülər..”- bu gun Sonanın yaddaşından heç vaxt silinmirdi və bu hərəkətini Elşənə heç cürə bağışlaya bilmirdi…

Sona gəlib çarpayıya uzandı,gözlərini yumub yuxuyta getmək istədi .Lakin gözlərinin önündə yenə səhnələr canlandı: “Evləndikləri ilk günlərdə Elşənin zərbəsindən burnunun sındığı,qanın fantan verib dayanmadığı o gun gəldi gozunun qarsina…ogundən sonra bir muddət burnu şiş qalmış,sonra bu şiş keçsə dəə daha nəfəs almaqda çətinlik çəkmiş,amma onu həkimə aparan olmamışdı..”

Sona gözünü açır,qalxıb yatağında oturur ,əli ilə üzünü tutur,dərin ah çəkir yenə…sonra yenə səhnələr açılır gözlərinin onundə..Almazın dəfələrlə onun üstünə qiyməkeşlə hücuma keçdiyi günlər xatirində canlanır..Sonra Sona ayaga qalxır..Eyvana keçir..Göy üzünə baxır..yadına düşür ki indi baxdığı bu göy üzünə baxmağa həsrət qalıb Elşənlə yaşadığı günlərdə.Heç pəncərəyə belə yaxın gedə bilməyib..zindandan daha betər həyat yaşayib o zamanlarda..Anası əməliyyat olunub xəstə yatdığı günlərdə Sona öz anasını görə bilmək həsrəti ilə yansa da onu ansının yanına getməyə belə qoymayıblar..özləri toya getdikləri zamanlarda Sona evdə tək qalıb.Elşənin ad gnündə ailəcə gəzməyə getsələr də Sona evdə tək qalıb..Xatirində hər gün canlanır Sonanın..gözlərindən damcı-damcı yaşlar axırdı keçmiş günlərin acısına…Gözyaçlarını silmək istəyərkən əli il üzünə toxunanda barmagindakı o hissiyyaytsızlıq daha bir acını xatırladır..-“qaynanası Almazın bicaqla onun üstünə hücum çəkdiyi o gün..əgər əli ilə gözlərinin qarşısını tutmasaydı o bıçaq onu bəlkə də kor edə bilərdi..amma əli kəsildi,elə bir yerdən kəsildi ki,qan dayanmırdı.Tikiş düşməli idi,amma onu həkimə aparmağa qoymadı Almaz..qorxdu polisin sorgu-sual etməsindən,məsələnin açılmasından.Yalançı gözyaşları ilə Sonadan xaiş etdiki heçkimə heçnə deməsin..Sona ona acıdı,heçkimə heçnə demədi. soruşanlara da-“bilmədən özüm kəsmişəm”-dedi..bəlkə də elə səhvi bu idi..susması..ürəyinin yumşaqlığı..Amma Almaz ona acımadı..Kəndə getdilər,bir il ayaq dəyməyən kənd evində bütün toz-torpaqları Sona o həmin kəsik əli ilə təmizlədi..yəqinki onu Allah qoruyurdu.Sadəcə barmagı işləmədi daha,sadəcə barmagindaki hissiyyyat itdi..amma daha betər olmaından Allah qorudu onu..”-bu günləri xatırladıqca onun ürəyində sıxıntı,agrı yaranırdı..O bu günləri yaşamasına səbəb Elşəni bilirdi..Onu günahlandırırdı özlüyündə..çünki Elşən heç vaxt ona inanmamışdı,heç vaxt onun arxasında dayanmamışdı,çünki Elşən puı qazanıb ailəsini dolandıra bilmək üçün heç bir çətinliyə qatlaşmamışdı.İşləməkdən qorxmuş ,ata-ana qucagına sıgınmışdı.Sonanın tərəfini heç vaxt saxlamamışdı.Elşən istəsəydi Sona bu əzablı günləri yaşamazdı…

Amma indi onun ağlı başına gəlmişdi.Həyat onu yerdən-yerə vurmuşdu.O kor peşman olmuşdu,səhvlərini anlamışdı.Sonadan onu bağışlamasını və öz səhvlərini düəzldə bilmək üçün şans istəyirdi…
Sona gəlib uzandı və dərin yuxuya getdi..

Səhər pəncərədən içəri sızan günəş şüaları onu oyatdı.Yuxudan oyandığında o artıq qərarlı idi….

Niki Şems Nigari

PS:sizcə Sonanın qərarı nə??

www.kafiye.net