Qorusun!

Adları adıma yaraşanları,
Dərdə sinə gərib dağ aşanları,
Vətənə,yurduna söz qoşanları,
Allahım qorusun,pirim qorusun!
********
Vətənə,elinə dayaq duranı,
Xalqın keşiyində sayaq duranı,
Düşmənə amansız zərbə vuranı,
Allahım qorusun,pirim qorusun!
********
Qoy yurdu,Vətəni canı biləni,
El ilə ağlayıb,ellə güləni,
Yetimin,öksüzün yaşın siləni,
Allahım qorusun,pirim qorusun!
*********
Solmaz candan artıq sevir Vətəni,
Oxşayıb,ağlayır şəhid gedəni,
Yurdunun yolunda əsir gedəni,
Allahım qorusun,pirim qorusun!

06-01-2017
Solmaz Şirvanlı
www.kafiye.net