“Qəhrəman ana”

İlk dəfə atasıyla qarşı qarşıya oturub açıq sohbət etdilər…atası onu bir dostunun oğluyla evləndirmək istədiyini bildirdi…qızın ürəyində sanki tellər qırıldı…cəmi 17 yaşı vardı….xəyalları vardı,arzuları vardı….oxumaq istəyirdi…şairə idi yazib yaratmaq istəyirdi…çox böyük arzuları vardı..dərin nəfəs alıb “ata”,deyə bildi..atası sözünü yarımçıq qoydu..:”Gülər,qızım mənim ömrüm keçir,bugun varam ,sabah yox..çox yaxşı oglandır,uşaqlıgından tanıyıram,atasıyla da coxdankı tanışıq….peşman olmassan…gəl mənə qulaq as..o gün getdiyimiz toyda dostumun oglu Namiq səni görüb,bəyənib atası anasıyla danışıb..bugun bizə gələcəklər…hazırlaş”…qız susdu,başını aşağı saldı və atasına bir söz deyə bilmədi.

O gün o ag gəlinlik onun üçün arzularının kəfəni idi…gəlin köçürdü ,amma başqa gəlin köçən qızlar kimi xoşbəxt deyildi..razılığı olmayan istəmədiyi bir yolculuq vardı önündə…

Atasının razılığı ilə olan bu evlilik günlər keçdikcə onunçün qara zindana dönürdü..evdən bir addım belə kənara çıxa bilmirdi…hər gün atasının o yaxşı oglan dediyi kəs ana sözüylə həqiqətin nə olduğu ilə belə maraqlanmadan o məsum qızı vurur,əziyətlər edirdi..qız hərşeyə dözür,özünü müdafiə edəbiləcək bir kəlmə belə tapa bilmirdi…ağzını belə aça bilmirdi…elə susdurmuşdular ki onu bir kəlmə deyəndə “dilli”olur,cavab qaytarmış sayılırdı…qaynanadan,ərdən gördüyü əziyətlər getdikcə həddini aşırdı….günlər aylara,aylar illərə dönüşmüşdü..bu illər ərzində dəyişən isə yalnız dünyaya gələn iki körpə məsum uşaq,və qızın bədənində sayca artmaqda olan işgəncə izləri idi…ogul və ananın əziyətləri isə son bulmaq bilmir,günlər keçdikcə artırdı.

Gülər öz övladlarına xatır dözürdü,səbr edirdi…başqa çarəsimi vardı? yalnız Allah idi ümidi..Allahın onu xilas edəcəyi,haqqın öz yerini tapacağı o günü gözləyirdi…

10 il beləcə keçdi….uşaqlarına görə hər əziyətinə qatlaşdığı insan artıq ona xəyanət etməyə başlamışdı…artıq yaş ötdükcə çəkdiyi günlərin acısından saçlarına vaxtsız dən düşən bu cavan gəlinsə öz otağında gecələri yalnız,qəlbən ,ruhən tənha ,gözyaşları içində ömrünü yola verirdi….yoldaşı isə artıq evdən tamamilə uzaqlaşmış ,gecələr və gündüzlər də evdə tapılmır,qazandığı pulu uşaqlarına,ailəsinə sərf etmək əvəzinə yoldaşına xəyanət etdiyi o qadına sərf edirdi….Gülərin isə günü çox zaman ac,qaynatasına möhtac ,minnətli çörək yeyərək keçirdi….qaynanası ərinin evdən uzaqlaşmasının da günahını onda görür,acı ürəksındıran kəlmələrlə qızı yaralayır və şiddət edirdi…bu ağır günlərin birgun sona yetməsyi ümidiylə Gülər gecələr namaz qılır,Allaha yavarırdı…

2 il keçmişdi artıq…bir gecə qapı döyüldü..Gülər qapını açdığında Namiq halsız vəziyyətdə çiyinləri üstə yıxıldı…birtəhər onu sürütləyərək otağa gətirdi və uzandırdı…özü isə uşaqların otagına keçdi…səhər açıldıqda bir qışqırıq səsinə ayıldı…qaynanasının səsi idi ,eyvandan gəlirdi…tez durub eyvana qaçdı və gördüyü mənzərdən şoka düşdü..

Namiq Gülərə xəyanət edərək övladlarından əsirgədiyi qazancını yedirdiyi o qadının onu tərk etməsinə və Gülərə etdiklərinə görə çəkdiyi peşmanlığa dözə bilməyərək utancından Gülərin və uşaqlarının ,ata-anasının bir daha üzünə baxa bilməyəcəyini bilərək və daha işinin və pulunun olmadığı üçün də gedəcək başqa bir yeri olmadıgından yene öz evlərinə dönərək elə burda səhəri gözləmədən intihar etmişdi.

Bu intihar isə qaynanasının Gülərə daha çox əziyət və işgəncə etməsiylə nəticələndi…günlər keçdi ama o yenə də dözürdü …Namiqin intiharının belə səbəbi onda görüldü ama o yenə dözdü..qaynanası özü onu və uşaqları evdən qovdugu o ana qədər dözdü.

Artıq 6 il keçib…Gülərin indi işi,evi var..o öz xəyalını qurdugu,uşaqlıqda yazıb davanmını edə bilmədiyi yaradıcılıgındadır…uşaqlarını boyudur və o çəkdiyi əziyetli gunlar daha arxada qalib..hər şeyin şahidi olan o balaca uşaqları ona “Qəhrəman ana”kimi baxırlar….

Niki Şəms Nigari…26.12.2017
www.kafiye.net