BU DÜNYANIN NEYİ VARDIR, (105)
NEYİ YOX? 

Bu dünyanın nəyi vardır nəyi yox?! 
Sədaqəti, dini yox, imanı yox! 
Bu dünyanın nəyi vardır nəyi yox?! 
Amansızdır müharibə, şəhid çox! 
Bu dünyanın nəyi vardır nəyi yox?! 
Sancmaq üçün qəlblərə minlərcə ox! 
Bu dünyanın nəyi vardır nəyi yox?! 
Səmaya ucalmış arzulardan tox! 
Bu dünyanın nəyi vardır nəyi yox? 
Sevinci, sevgisi sonu acılı, 
Bu dünyanın nəyi vardır nəyi yox?! 
Bir İSLAM dinidir, bir tək ALLAHI! 
Bu dünyanın nəyi vardır, nəyi yox?!
Öyünməyi, tənəsi, rişxəndi var! 
Bu dünyanın nəyi vardır, nəyi yox?! 
Utancından, xəcaləti, arı var! 
Bu dünyanın nəyi vardır nəyi yox?! 
İblis, mələk cildli insanları var! 
Bu dünyanın nəyi vardır nəyi yox?! 
Yoldan çıxarmağa sirdaşları var! 

Aygün Abbas Esedova
www.kafiye.net