Son yarpaq

Bir üzü qırmızı,bir üzü sarı,
Üzüb əllərini ,qopdun ağacdan…
Hanı yaşıl rəngin,sonuncu yarpaq?
Durub seyr edirəm səni bayaqdan.
Üzüb əllərini ,qopdun ağacdan.

Qırdılarmı sənin son ümidini?
İçindəmi boğdun gizli sevgini?
Geyindin payızın həsrət rəngini..
Durub seyr edirəm səni bayaqdan.
Üzüb əllərini, qopdun ağacdan.

Sənə bir söz deyim,sonuncu yarpaq,
Onsuz da taleyin səni tapacaq,
Yolunu gözləyir doğduğun torpaq.
Durub seyr edirəm səni bayaqdan.
Üzüb əllərini, qopdun ağacdan.

23.12.2017/Tənha Bulud/

www.kafiye.net