Əsən Yellər 

Əsən yellər harayımı aparıb,
Qəriblikdə olan yara yetirin.
Bəyazlanmış saçlarımın ətrini,
Qərib düşmüş bivəfaya yetirin.

Gözlərimin yağışından şeh edin.
Nəfəsimin ətirindən meh edin.
Uzaq yolu bircə dəfə qət edin.
Qərib düşən bivəfaya yetirin.

Qoy ürəyi qubar edib ağlasın.
Göz yaşları sellər kimi çağlasın,
Nə çəkirəm bircə dəfə anlasın
Harayımı bivəfaya yetirin

Qoy yatmasın mənim kimi yuxusun.
Gecə -gündüz ah vay çəkib otursun,
Gözlərindən qəm kədərlər oxunsun,
Harayımı bivəfaya yetirin.

Nahide Tagiyeva Qurbanova
www.kafiye.net