Bağışla4

hekayə.,, sonuncu hissə,,

Onu dinləmək üçün yatağının içində oturan Səma Elçinin susmasından söhbətin uzun ola biləcəyini yəqin etdi. Onun üçün də yerini rahatlamaq üçün taxtın lap baş tərəfinə çəkilib kürəyini taxtın başına söykədi. Onun hərəkətlərinə göz qoyan Elçin öncə hardan başlaya biləcəyini düşündü sonra boğazını arıtlayıb sözə başladı.
Bilirəm ki. sən özün məndə yaranan dəyişikliyi hiss etməmiş deyilsən. Danışmaq istəyərkən səsi yarıda kəsilən Elçin birdə boğazını arıtlayıb yenidən sözə başladı. Amma susursan . Bir gün özüm danışacağımı bildiyin üçün susduğunu bilirəm. Çünki sənə və evimə qarşı yaranan soyuqluğun bir səbəbi olmamış deyil.
Yenidən susdu. Elə bil danışmağa çətinlik çəkirdi..Xeyli zamandan bəri məni narahat edən ,yuxularımı əlimdən alan ciddi bir şeyin olduğunu səndə bilirisən.
Onun söhbətə xeyli uzaqdan başlaması qadının nəfəsini darıxdırsa da səsini çıxarmır ,özlüyündə belə narahat olan suallara cavab tapmaq istəyirdi. Axı ailə qurandan bəri ilk dəfə idi ki, aralarınada belə bir soyuqluq yaranmışdı.. Onu da bu müddətdə içdən yeyib bitirən suallar olmamış deyildi. Bütün gününü evdə, ev işləri ilə ailənin qayğısına sərf edən Səma anasıgilə gedəndə, də beynində olan suallarla vuruşur ancaq heç bir cavab tapa bilmirdi. Elçin onu, dükan bazar işindən uzaq tutsa da, arada lazım olan xırda para ,sabun şampun üçün yanlarında olan marketə üz tutur qaçaraq,, lazımlı şeyləri alıb evə dönərdi.
Deyəsən bu gecə, aralarında olan sir pərdəsi aralanıb həqiqətləri üzə çıxaracaqdı. Səma onun nə qədər əzab çəkdiyini görür, ancaq ona deyəcək heç bir söz tapa bilmirdi. Həyacandan əlləri buz kimi olan qadın, əlini bir-birinə sıxıb barmaqlarının ucunu ovdu.
Hə Elçin , danış görək ey nə olub ürəyim üzüldü ki ,bəlkə kisə ilə qızıl tapmısan yerini deyəcəksən, deyib yenidən həyat yoldaşına baxdı. Onun məlum gülüşü üzünü bürüyəndə, Elçin bir andaca bu qadını itirə biləcəyini düşündü. 
Sevdiyi həyat yoldaşı ilə bərabər, bir çox şeyi itirəcəyini düşünən Elçini soyuq tər basdı. Özlüyündə yox! onlarsız mən bir gün də yaşaya bilmərəm dedi.
Səma deyib yenidən sözə başlayan Elçin birbaşa mətləbə keçdi.
Bilirəm ki, sən heç bir zaman məni bağışlamayacaqsan. Onun qəfil dediyi söz qadını ilan kimi sancdı. Gözlərini təccüblə həyat yoldaşına zilləyən qadın titrək səslə başa düşmədim nə olub ?
Açıq danış görüm nə demək istəyirsən ?
Artıq çox gec idi danışmağa məcbur olan Elçin istəmədən özümün və sizin həyatınıza bir qadın soxdum deyib susdu.
Bunu əvvəl axır biləcəkdin .Kimdənsə eşidəcəyini bildiyim üçün elə özüm demək qərarına gəldim dedi
Oturduğu yerdən tərpənməyən qadın əlləri ilə qulaqlarını tutub, sakit ancaq bir az sərt səslə, yox bu ola bilməz dedi. Sən məni aldada bilməzssən ,bilirəm məni sınamaq istəyirsən deyib diqqətlə ona baxan hələdə gözlərini onun gözlərindən çəkməyən Elçinə dikdi.
Onun gözlərində sanki qığılcımlar sayrışıb itdi.
Diqqətlə Elçinə baxıb, əlini qulaqlarından çəkdi.
Doğrudan deyirsən yoxsa mənimlə zarafat edirsən?
deyə birdə ondan soruşdu.
Onun sözlərinin qarşısında dillənməyən Elçin günahkarcasına başını yellədi.
Qadın eşitdiyinə inana bilmirdi. Nə deyəcəyini belə unudub sakit-sakit Elçinə baxır danışmırdı. 
Elə bil bir anda dili tutulmuşdu.
Qəfil yaranan sakitliyi elə qəfil gələn hönkürtü də pozdu.
Əllərini üzünə tutub hönkürən Səma yalnız bir söz pıçıldayırdı.
Axı niyə?
Bu sualın ona ünvanlandığını bilən Elçinsə susur özünə haqq qazandıra bilmirdi.
Qadının verdiy sualda acı bir həqiqət var idi 
Axı niyə?
Onu Sevda deyilən qadına nə çəkmişdi.?
Onu ailəsinə xəyanət etməyə nə vadar etmişdi.?
Bir anlıq ehtiras, şəhvət hissimi ,yoxsa nə ??
Əlini qaldırıb, ehmalca Səmaya doğru uzatmaq istədi.
Sanki əlini ona toxundurmaqdan ehtiyat etdi.
Yavaşca əlini geriyə doğru çəkib, həyat yoldaşını necə sakitləşdirəcəyini düşündü. Ayağa durub mətbəxə keçdi. Qrafindən stəkana su tökmək istəyəndə ələrinin əsdiyinin fərqinə vardı. İndiyənə kimi əllərinin belə əsdiyinin şahidi olmamışdı. Su dolu stəkanla yataq otağına qayıtdı. Stəkanı Səmaya uzadıb al iç özünü ələ al dedi. Əlinin sərt hərəkəti ilə ona doğru uzadılan stəkanı itələyən Səma ona heçnə demədi. Arxasını söykədiyi yataqdan qalxıb ayaqlarını döşəmyə doğru salladı. Özündə güc tapıb nəsə demək istədi. Ancaq yenidən onu bürüyən hönkürtü buna imkann vermədi. Əyninə geyindiyi gecə köynəyinin qolu ilə göz yaşlarını silib ayağa qalxdı. Yavaş addımlarla yataq otağını tərk etdi. 
Gecəni sübhə kimi gözlərini yummadan yatağın içində sallağı oturan Elçin siqaretini digər siqaretinin oduna yandırdı.Otağı siqaretin qatı dumanı bürüsədə ayağa qalxıb otağın pəncərəsini açmaağ taqəti olmadı. Elçin siqaret dumanının içində oturdu. Nə edəcəyini bilmirdi. Səmanın evi tərk edib gedə biləcəyini düşündükcə az qala dəli olur ,ürəyi dayanacaq kimi sürətlə vurmağa başlayırdı.
Yox necə olur olsun onu evdən çıxmağa qoymamalı idi.
Yataq otağından çıxandan sonra qonaq otağına keçən qadın ağladığını uşaqları eşitməməsi üçün otağın qapısını kip örtdü. Səhərə kimi beynində min fikrə gələn qadın divanın bir küncündə oturub başını əllərinin arasına aldı. Başından möhkəm ağrı tutmuşdu. Yataq otağının qapısn açılmasından Elçinin durduğunu bildi.
Səhər erkəndən hələ hava tamam işıqlanmamış evdən çıxıb birbaşa işə yollandı. Bu gün istirahət günü idi. Heç kimin gəlməyəcəyini bildiyi üçün, ofisin açarını axşamdan özü ilə evə aparmışdı.
Axşam evə dönmək fikri yox idi . 
Elə burda olan divanda gecələyər bir müdət belə idarə edərdi . Səmanın sakitləşməsini gözləməli idi. Bir xeyli müddət belə oldu. Gündüzlər evinə gedib ailəsinin problemlərini həll etsədə gecələr ofisdə gecələdi. Yaşadığı xəyanəti qəbul edə bilməyən Səma,bir daha ona bir kəlmə də olsun ,o haqdda heçnə demir , aralarında yaranmış bu soyuqluğun səbəbini uşaqlara bildirməməyə çalışırdı.. 
Uşaqlar ondan atalarının evdə niyə gecələmədiyini soruşanda Səma onlara atalarının işlərinin çox olmasını bəhanə gətiridi. Ancaq gündüzlər evdə olan Elçin övladlarına qarşı çox diqqətli olurdu. Heç bir şey hiss etməməsi üçün onların yanında həyat yoldaşıına heç bir sual ünvanlamırdı. Səma da , özünü elə aparırdı ki,guya aralarında sanki belə bir şeyin yaşandığını unudub və o haqda henə düşünmür. Elçin onun nə qədər əzab çəkdiyini gördükcə öz əməlindən xəcalət çəkir onun gözlərinə baxa bilmirdi. Hərdən qarşılaşan baxışlarda, özünə qarşı olan kindən və nifrətdən başqa bir şey görməyən Elçin ,etdiyi xəyanətin ağrısını çəkməyə məcbur idi.
Hər gün üzünə qapı açan qadının üzündə olan təbəssümünü əlindən almışdı.
Buna baxmayarq , Səma yenədə onun bütün əziyyətini çəkir evə gələn kimi yeməyini süfrəyə gətirir onun geyiminə təmizliyinə əvvəlki kimi diqqət edirdi.
Artıq hər ikisinin içində yaranmış dərin bir boşluq var idi.
Elçin Səmanın onu heç bir zaman bağışlamayacağını, Səma isə Elçini əvvəlki kimi sevməyəcəyini bilirdi.
Bir neçə ay belə davam edən həyat artıq çox sıxıcı olmuşdu.
Bir ailə olaraq bir yerdə olmaq çox çətin idi.
Elçin bu müddətdə bir dəfə yol üstü Sevdanın evinə getmiş qarnında onun övladını daşıyan qadından xəbər bilmişdi.
Onun ailəsindən qopmayacağını bilən Sevda öz rəfiqəsinin həyat yoldaşı vasitəsi ilə Elçinin ailəsində olanlardan xəbərdar idi. Onun ailəsinə çox bağlı bir insan olduğunu bilən qadın bətnində olan körpənin böyük olmasına baxmayaraq tələf etdirmək qərarına gəlmişdi. Elçinin onu bir arvad kimi qəbul etməyəcəyini dəqiq biləndən sonra atasız uşağın doğulmasını istəməyən qadın gedib bətnində olan körpəni abort etdirmişdi.
Aldığı xoş olmayan, bu xəbər Elçini çox sevindirsə də , bir yandan da doğulmayan körpə üçün məyus etmişdi. Axı onun ölümündə, ana qədər onunda günahı var idi.
Bu xəbəri Səmaya necə deyə biləcəyini düşündü 
Bir gün tezdən yuxudan duran Səma qonaq otağında jurnal stolunun üzərində dörd bükülmüş bir dəftər vərəqi gördü.
Yaxınlaşıb vərəqi əlinə alıb oyan buyanına baxdı zibil olduğunu düşündü.Atmaq istəyəndə birdən dayandı.dörd qatlanmış mil- mil vərəqi açdı.
Gözünə ilk dəyən böyük hərflərələ yazılmış olan 
,,Bağışla ,, 
sözü oldu
divanda əyləşib ona ünvanlanan həcmcə kiçik mənaca böyük olan sözləri birnəfəsə oxudu.
Elçin yazmış olduğu məktub.
Sənə və ailəmə qarşı etdiyim haqsızlıq üçün məni bağışla.
Layiq olmadığın həyatı sənə yaşatdım.
Bilirəm heç bir zaman məni bağışlamayacaqsan
Sənin gözlərinə baxarq bu kəlməni demək istərdim ancaq sənin gözlərinə baxmağa çəsarətim yoxdur.
Etdiyim xəyanətin qarşılığını ödəmək üçün bir körpənin ölümünə səbəb oldum.
Xəyanətim sevdiyim qadını itirməklə və doğulmamış bir mələyin ölümü ilə sonlandı.
Məktubu oxuduqca göz yaşlarına hakim ola bilməyən Səma pıçıltıyla.
Mən səni çoxdan bağışlamışam .
Görək o günahsız körpədə bağışlayacaqmı.?

… Son …

 

Nahide Tagiyeva Qurbanova
04.12.2017
www.kafiye.net