Bağışla (3. hissə)

hekayə

Səmanın onun haqqında olan fikir və düşüncələri, Elçini sanki bir anlıq havasız bir mühitə sürüklədi .Əlləri ilə həyat yoldaşının saçlarını oxşayan qadın çox asta və xəfif bir hərəkətlə əyilib onun başından öpdü. 
Səmanın ilıq nəfəsini üzündə hiss edən Elçin çox da sərt olmayan bir hərəkətlə yerindən durub pəncərəyə doğru getdi . Pəncərəni tamamilə örtmüş olan pərdəsini ,kənara çəkib arxasını çevirdyi qadına, arada vaxtın olanda bu pərdələri aç, qoy bir evə hava gəlsin deyib pəncərənin kiçik nəfəsliyini açdı.. Bu iradın yersiz olduğunu biləsə də artıq gec idi. Onsuzda bütün günü pəncərləri açıq olurdu.Səmanın təmizkarlığına və səliqəsinə söz ola bilməzdi. Evinə və ailəsinə ,çox bağlı olan qadının heç bir qüsuru yox idi. Bunu Elçin, özü də çox gözəl bilirdi. Pəncərənin şüşəsindən çölü deyil sərt bir hərəkətlə durub arxa çevirdiyi qadının hərəkətlərini izləməyə başladı. Sanki onun üzünə baxmaq onun üçün belə asan idi ,Nəinki Səma ilə üz -üzə oturub danışmaq .Bayaq dayandığı yerdən hələ də tərpənməyən ,Səmanı izləyən Elçin bir neçə dəqiqə öncə etdiyi hərəkətin heçdə yeri olmadığını dərk etsə də artıq geri çevrilib ondan üzr istəməyə üzü gəlmirdi. Əllərini saçına doğru aparan qadın da elə bil çaşmışdı. Diqqətlə ona baxıb sonra çiyinlərini çəkib astadan, mən ona nə dedim ki,? deyə dediyi sözləri Elçin də eşitdi. Səmaya vermədiyi cavabı özünə verdi ,heç nə. 
Bir müddət belə dayanandan sonra geri çevrilib divarda asılan saata baxdı.
Sabah iş günü deyild. Amma ,o getməli idi.
Bu evdən uzaqlaşmaq, burda olan məsum insanların gözündən uzaq olmaq üçün, sabah tezdən durub işə gedəcəkdi.
Yataq otağına keçib saatın zəngini quranda Səma yenidən dilləndi gedəsi yerinmi var? 
Başını tərpətməklə onun sualını cavablandırdı.
Yerlərinə uzansalarda heç biri yatmamışdı. Otağı işıqlandıran gecə lampasının işığı divarlarda əks olunduqca Elçini fikirləri bu günündən heç də çox uzaq olmayan bir zamana apardı.
O zamana ki, həyatına ,daha doğrusu həyatlarına Sevda adlı qadın daxil olana kimi.
Sevda ilə iş yoldaşının ad günüdə tanış olmuşdu. Çox gözəl olmasa da şirin danışığı və mehriban davranışı olan bu qadın onu bir andaca ovsunlaya bildi. Onun sehrindən çıxmaq isə ona heçdə asan olmadı. Bu tanışlıq ,öncə salam sağolla başlasa, da sonradan çox dərinlərə getdi. 
Həyat yoldaşından çox gəncikən ayrılmış olan Sevda bir uşaq anası olmasına baxmayaraq ikinci dəfə ailə qurmamışdı.Övladını tək böyütməyi qərara almış olan qadın, bu qərarını Elçinlə tanış olandan sonra pozmaq fikrinə düşmüşdü.
Artıq iki ilə yaxın ldi ki bir birlərini tanıyırdılar.Artıq bu sadəcə tanışlıq deyil bir ər arvad münasibətinə keçmişdi. Sevda artıq hamilə olduğunu Elçinə demiş və uşağı dünyay gətirməkdə israrlı olduğunu bildir mişdi.Elçin onu nə qədər dilə tutsa da , fikrindən döndərə bilməmişdi. Sevda onu çox təkid edərsə aralarında yaşanan bu münasibəti ailəsinə bildirəcəyini demişdi. Onun belə ötkəm danışığı Elçini hiddətləndirsə də deyəcək bir söz tapa biməmiş, qapıdan sakitcə çıxmışdı. Ailəsinə qarşı etdiyi haqsızlıq onu bu hala gətiib çıxarmışdı. 
Nə edəcəyini bilmirdi. Bir anın içində ailəsini itirmək kimi çox ağır bir hadisə ilə üz-üzə qalmışdı. Səmanın onu çox sevdiyini bildiyi halda ona qarşı etdiyi xəyanətin onun tərəfindən heç bir zaman bağışlanmayacağı Elçinə gün kimi aydın idi. 
Səma həyatda hər şeyi anlayan və gözəl başa düşən qadın idi. Xəyanəti isə əsla ona bağışlamazdı. 
Çünki aralarında dəfələrlə bu haqda söhbət olmuş, Səma isə hər dəfəsində ona eyni cavabı vermiş ,fikrindən dönməmişdi . Mənə xəyanət etsən heç bir zaman gözümə görsənmə demiş və bu danışıq belə sonlanmışdı .
Bunu bildiyi halda yenə də etdi.
Gecənin sakitliyini Elçinin səsi pozdu. Səma deyə astadan pıçıldadı.Onun da yatmayıb oyaq olmasını hərdən yatağın içində tərpəndiyindən hiss etmişdi.
Yenidən Səma deyib ona səsləndi.
Yatmısan ?
Yox deyə zəif pıçıltısı eşidilən qadın durub yatağının içində oturdu.
Səni eşidirəm Elçin .
Danış .
Bəlkə danışasan səni bu qədər üzən narahatlığa son qoyasan deyib zəif işıqda gözlərini ona dikdi.

Nahide Tagiyeva Qurbanova
03.12.2017
www.kafiye.net