Bağışla1

Hekayə

Xeyli zamandan bəri susurdu.
Danışacaq sözlərini elə bil , cümlələrə sığışdırmaqda acizlik çəkirdi.Sözə necə başlayacağını bilmədiyi üçün susmağa üstünlük vermişdi.
Amma qəlbini didən suallar ,ona heç də rahatlıq vermirdi.Gecə yuxularının itməsinə gətirib çıxaran hadisənin həqiqət olmaması üçün gecəni sübhə kimi allaha dua edir,Hər şeyin yalan olmasını istəyirdi.
Ancaq bu bir həqiqət idi .
Onun necə yalan ola biləcəyini isə sadəcə özünü aldatmaq kimi qəbul edirdi.
Ortada acı bir həqiqət var idi. Hər gün o həqiqətin ağırlığı onun qəddini bir az da əyir ,ağırlığı ilə çiyinlərini önə əyirdi.
Hər gün tezdən heç kimin gözünə görünmədən evdən çıxır .gecə, gec satlarda qayıdırdı.Yol boyu fikirləri qarışır evə daxil olan zaman evdə hər şeyin alt-üst olacağını düşünür və bundan narahat olurdu.Qapıya çatana kimi adımlarını gah yeyin atır ,gah da yavaşıyırdı.Qapıya çatıb sakit qulaq asır sonra rahat nəfəs alıb əlini qapının zənginə doğru uzadırdı.
Qapı açılanda həyat yoldaşının güləş siması və hər dəfəki eyni sualı ilə üz -üzə qalırdı.,.həyatım niyə gec gəldin,.onun bu mehribançılığının qarşısında sakitcə işim çox idi deyb sussa da qəlbində özünü lənətləyirdi.
Eh sən bilsən ki içimdə yaranan tufanı sakitləşdirə bilmirəm nə edərdin?
Qadın onun üzündəki narahatlığı sezssə də artıq bir kəlmə də deməz deyə gülə onun şam yeməyini hazırlayıb onu süfrəyə dəvət edər nəyinsə yolunda olmadığını hiss edərdi.
Ancaq nə zamansa onun özünün danışacağını bildiyi üçün suala gərək olmadığını bilirdi.Bu aylardan bəri davam edən susqunluq isi get-gedə uzanır ortaya çıxmayacq nəyinsə olduğunu hələ də gizlədirdi.
Səma həyat yoldaşının narahatlığını bildiyi üçün uşaqların onu narahat etməməsi üçün onları erkəndən yataqlarına salıb yatızdırır ,birdə onların atalarını narahat etməsinə şərait yaratmırdı.
Yüngülvari şam edib divana çəkilən Elçin günlük qəzetləri əlinə aldsa da, nəyə baxacağını bilmirdi.
Süfrəni yığışdıran Səmanın hərəkətlərini diqqətlə izləyəndən sonra əlindəki qəzeti jurnal stolunun üstünə atdı.Əlini atıb digər bir qəzet götürüb astadan mənə çay süz dedi.
Bu dəqiqə deyiən qadın adəti üzrə yenə gülümsündü.
Onun hər dəfəsində belə gülümsəməsi Elçini daxilən məhv edirdi.
O an qəlbindən bir sual keçdi.Görən ona xəyanət etdiyimi öyrənəndən sonra da üzümə belə məsum gülümsəyə biləcəkmi ?

Nahidə Tağıyeva Qurbanova
01.12.2017

Ardı var

www.kafiye.net