Esil Sevgi

Esil sevgi üzərmiş insanı vücudundan,
Asarmış da, insanı saçından, dırnağından.
Dəysədə -dəyməsədə ağladarmış daxildən,
Tək bircə adı vardır,günah bilər özündən.

Agardarmış telinin , her birinin rəngini,
Unutmaq vaz keçilməz səsinin ahəngini.
Bogaraq öldürərmiş hisslərin duyguların 
Hər axşam əsdirərmiş ürəyi narın-narın.

Gözünün yaşı ilə isladarmış yastıgı,
Üşüdərmiş qəlbində sevgi adlı yırtıgı.
Susqun baxışlarıyla səsləyərmiş vüsalı,
Həsrəti qəm ətirli, dili sözü dualı.
Ilk yazı son bahar tək, Son baharı yaralı,
Sevgisinin bətnində dogularmış sualı.

Unudarmış əgyarı əgyar unudan kimi,
Bap-balaca dünyanı içinə udan kimi.
Gülümsəsə də dodaq, gülmyəcəkdir ki qəlb,
Bilmədən hiss etdirər hamını etdirər cəlb.
Süzəcək eşq dəlisi tək çölü, düzü, səhranı,
Uçacaq göy üzündə, gəzəcəkdir dəryanı.

Unudulmaz xatirə alar başını hər an,
Qanlı buludlar kimi aglayar zaman-zaman.
Esil sevgi üzərmiş bir kəsi sevdiyindən,
Emin edər tənhalıq ruhunun öldüyündən.

Aygün ABBAS.
24.10.2017.
www.kafiye.net