BU DÜNYANIN

Bu dünyanın mən nəyindən danışım
Gələn gedib sonumuz ki bəllidi.
Axirətdən ölümdənmi danışım,
Sonumuz torpaqdır bu ki bəllidi.

Kim tutursa by dünyanı beş əlli.
Bərk yapışsın bu dünyanın əlindən.
Yaşayacaq düşünürsə yüz əlli.
Qoy yaşasın qaçıb ölüm əlindən .

Deməyin dünyaya beş günlük olur
Dünyada beşcə gün insan ömrüdür.
Sanmayın ömürü əbədi olur.
Əbədi dünyanın bircə özüdür.

Nahidə Tagıyeva Qurbanova
18.11.2017
www.kafiye.net