ÖZLƏR OLMUŞAM

Geyinib əynimə sənsizliyimi,
Dörd yol ayrıcında gözlər olmuşam.
Hər sənsiz günümdə gəzib özümü,
Kölgəmi sən bilib izlər olmuşam.

Ayrılıq odunda yandığım gündən,
Günləri, ayları saydığım gündən,
Həsrət yarasını oyduğum gündən,
Fəryadı içimdə gizlər olmuşam.

Ruhumu ağlatdın hicranınla sən,
Eşqimin saçına vaxtsız düşdü dən,
Sevdamın içində yetim qaldım mən,
Xəyallar içində sızlar olmuşam.

Sənsiz dəyişmişəm olmuşam zəhər,
Həyata baxışım olub birtəhər,
Sənsiz açılmadı günəşli səhər,
Sadəcə mən Bizi özlər olmuşam.

Seadet Rzayeva Qerib 
2017
www.kafiye.net