SEVGI ETIRAFI

Gözündə doğulub gözyaşı olsam,
Süzülüb yaşardım yanaqlarında.
Asılıb qalsaydım baxışlarında,
Təbəssüm olardım dodaqlarında.

Hesrətlə hicranı büküb bir yerdə,
Gizlədib özümdən uzaq tutardım.
Könlünə bir gecə qonaq gəlsəydim,
Ürəyinə girib orda yatardım …
Qarışıb havayla təmas qurardım
Aldığın nəfəsin , canın olardım
Yıxılıb qalardım sənin qəlbində
Damarında axan qanın olardım…

Səyahət etsəydim sənin ruhuna,
Duyub hənirtini, əlin tutardım.
Ruhuna qovuşub sonsuz dünyada
Əbədi qüssəni, qəmi atardım.

Seadet Rzayeva Qerib
www.kafiye.net