O ürək!

O sevən ürəkdə nələr var,nələr,
Ora köçə bilməz nadan kimsələr,
O ürək sevəndə quzu tək mələr,
O ürək az aşın duzu deyildir!
*
O gözəl ürəyin sevənləri çox,
O ürək duyğulu,o ürək bir ox,
O ürək sahibi, gözü-könlü tox,
O ürək hər qəlbin nazı deyildir!
*
O ürək mənimdir,mənim olacaq,
Axacaq ruhuma,qəlbə dolacaq,
Nadan, nadürüstlər gültək solacaq,
Bu bahar deyildir,yazı deyildir!
*
O ürək sevimli,o ürək çılğın,
O ürək əzabkeş,o ürək yorğun,
O ürək agriya,acıya darğın,
O ürək xainə ruzi deyildir!
*
Solmazın qəlbində yaşar o ürək,.
Sel olar,su olar,daşar o ürək,
Neçə nəğmə yazar,qoşar o ürək,
Bir an sənsizliyə razı deyildir!

09-11_2017
Solmaz Şirvanlı
www.kafiye.net