SƏNSİZLİYƏ MƏHKUMAM

Sanma ki unutmuşam,xatirəmdə qalmısan
Sən mənim bu dünyamı əllərimdən almısan
Ayrılıq bəxş eyləyib yaman dərdə salmısan
Nə etsəm də sən əsla olmadın mənim tənim
Sənsizliyə məhkumam başqa çarəm yox mənim.
**
Sevginə çox inandım eşqə min naxış vurdum
Ümidsiz xəyallarla özümü hədsiz yordum
Ovunmadı ürəyim göz yaşı töküb durdum
Nə etsəm də sən əsla olmadın mənim tənim
Sənsizliyə məhkumam başqa çarəm yox mənim.
**
Həsrət kül etdi məni sinəmdə yara açdı
Yaxınlaşmaq istədim kölgən kölgəmdən qaçdı
Niyə xöşbəxtlik quşum bir an əlimdən uçdu
Nə etsəm də sən əsla olmadın mənim tənim
Sənsizliyə məhkumam başqa çarəm yox mənim.
**
Dağı-daşı dolaşdım el məni dəli sandı
Hicranın atəşindən inan ciyərim yandı
Yaşamağa gücüm yox ömrüm elə virandı
Nə etsəm də sən əsla olmadın mənim tənim
Sənsizliyə məhkumam başqa çarəm yox mənim..

Nazlı Hacılı
www.kafiye.net