Süz Ey Saqi

Süz ey saqi badəmə mey
Sərxoş olmaq istəyirəm
Bu dünyaynın dərd qəmindən
Uzaq olmaq istəyirəm.

Süz ey saqi dayanma süz
doldur daşsın badəm yerə.
Özünə süz bir badə də
Mən danışım səndə dinlə.

Gəl bu gecə ortağım ol.
Dərdlərimi bölüm sənlə.
Sən sakit dur mən danışım.
Danışdıqca sən də dinlə.

Süz ey saqi badəmə mey.
Sərxoş olmaq istəyirəm.
O vəfasız sevdiyimi.
Mən uutmaq istəyirəm.

Nahidə Tağıyeva Qurbanova
www.kafiye.net