Sözsüz neğmem

Bir nəğmə səslənir, sözləri yoxdur,
Sözsüz nəğmənin də müəllifi mən,
O həzin musiqi, o sözsüz nəğmə,
Duyulur qəlbimin dərinliyindən.
******
Kimsə də duymadı sözsüz nəğməmi,
Məni anlamayan sanar dəliyəm,
Min pərdə üstündə titrəyər qəlbim,
Bir pərdə üstündə min musiqiyəm.
******
Ağlaya musiqim kamanın üstə,
Zildə fəryad edə, bəmdə qəm tökə,
Tanrı xatirinə qoymayın onu,
Kaman pərdə-pərdə ağılar tökə.

******
O sözsüz nəğməmə söz yazammadım,
Çünkü o nəğməyə sözüm sığmazdı,
Sığdıra bilsəydim əgər sözümü,
Yəqin ki, bu “sözsüz nəğməm “olmazdı.

Seadet Rzayeva Qerib
www.kafiye.net