Coxdan Arzularla

Coxdan arzularla qan düşmən idim,
Qanımı aldılar qurudum sendə.
Mən sənə yoluxmuş sən xəstəsiydim,
Sənə sagaldıqca qarıdım səndə.

İndi bu süfrədən pay ayır mənə,
Dadım nəmərimi yollayım sənə.
Həkimlər vaxt verib,gün sayır mənə,
Hansı xəbırimi yollayım senə??

Təmizlə qəlbindən mən olan yeri,
Apar bir qüsul ver,salavat çevir.
Qebrimin üstünde yaz iri iri
Bu qız bir oğlanı helede sevir!!!

Dilşad Araz Dilşad İsakova
14.10.2017
www.kafiye.net