Sən deyə-deyə!

Hələ də bilməyirəm,
Sevmışdim səni niyə,
Ömrüm ötür boşuna,
Hələ sən deyə-deyə.
*
Əfv edən deyiləm bil,
Sənə olan eşqimi,
Sala bilməyirəm ki,
Ürəyimə heç kimi.
*
Sənə bağlı urəyim,
Bil açılmaz heç kəsə,
Eşqimi dustaq edib,
Saldım bağlı qəfəsə.
*
Sənin xəyalın ilə,
Qocalıram gedirəm,
Şeyda bülbüllər kimi,
Tuti zəban edirəm.
*
Gözlərimdən çay axır,
Selə-suya dönmüşəm,
Sanma sənin eşqinlə,
Fəzalardan enmişəm.
*
Könlüm dolu atəşdir,
Yandırar bil kül eylər,
Ahim yüksəlir göyə,
Bil səni sail eylər.
*
Könlüm Haqqa bağlıdır,
Əzəl gündən ay zalım,
Yeri-göyü yandırır,
Ahu-naləm, məlalım.
*
Solmaz eşqinə sadiq,
Dönmədi ki, sözündən,
Səni yanında görsə,
Fərəh yağar üzündən!

16-10-2017
Solmaz Şirvanlı
www.kafiye.net