Ağlaya-ağlaya.

Bu dövrana bir jest kimi,
Gəldim, ağlaya-ağlaya,
Qəmi, kədəri dost kimi,
Bildim, ağlaya-ağlaya.

Ömrün yazı, qış içində,
Xəyalım yanlış içində,
Kirpiklərim yaş içində,
Güldüm, ağlaya-ağlaya.

Seçdim yolların çaşını,
Yedim Fələyin daşını,
Başqasının göz yaşını,
Sildim, ağlaya-ağlaya.

Öyünəmmədim varımla,
Vüsal tapmadım yarımla,
Son tikəmi dostlarımla,
Böldüm, ağlaya-ağlaya.

Kənar qaldım marağından,
Yandım, eşqin çırağından,
Çingizəm, bil fərağından,
Öldüm, ağlaya-ağlaya.

29. 09. 2017.
Çingiz Kürdəmirli.
www.kafiye.net