Yad insanlar
(Hekayə) 2

Atamgil dağdan sağ-salamat düşməyim üçün alpinist çağırmışdılar. İki dəqiqənin içində sayıb qurtara bilməyəcəyim adam vardı. Çoxunun əli üzündə,gözləri qiyaməti görmüş kimi bərəlmişdi. Bəlkə də elə bilirdilər intihar edəcəm. Halbuki bilən yoxdu, yaş barədə yüzü də keçmək istəyirəm, üzümdə qırış olmasın təkcə. Həmişə özümü arsız insan kimi hiss eləmişəm. Düşünürəm, belə yaxşıdır. Mənə güc verən allahın məni sevdiyinə inaanmağım, inadkarlığım və arsızlığım oldu. Əslində, arsızlığım təkcə həyata qarşıdır. Özümə oxşarlara qarşı arsız ola bilmərəm, adımı ” sırtıq” çağırarlar. 
Bax, indi hamısı necə baxır? Allah bilir, nə dərdi var – deyirlər. Əminəm, “bakirəliyini əldən verən” qız da deyən olub. Heç nə düşünmək istəmirəm. Yaxşı ki qonağ gəlmişik. Anamın nar çubuqlarından birini belimdə hiss edəcəkdim. Bakıya qayıdanda onsuzda izini bədənimin hansısa yerində göyərmiş göstərəcək. O nədir? Aha, uzaqdan günəşin şüalarını yara-yara sahilə yaxınlaşan gəmi görürəm. Tələbə illərimdəki romantik qız kimi qalsaydım, ” ağ atlı oğlanım” gəlir deyib, xəyallar qurardım. At başının yanında ağ gəmili oğlanın və ya orta yaşlı kişinin ( dəqiq yaş verə bilmirəm) binokulla mən tərəfə baxdığını görürəm. Bilmək istəyərdim, o da hamı kimi düşünür? Qəsdən gülümsədim. Fikirlərini bilməyim üçün atacağım ilk addımım ona əl yelləməyim oldu. 
– Həə cənab, buyur!… Yaxşı bilirəm, yerə enəndə çılğın hərəkətimin mənasını soruşanlardan biri də sən olacaqsan. 
Budur, iki alpinist gəldi. Gərək üç-dörd alpinist olardı. Anam mənə “sümüyü ağır” deyib həmişə. Nə isə!…Bu onların problemidir!….

Şəfaqət Cavanşirzadə
www.kafiye.net