Narahat gecə,,
Hekayə/sonuncu hissə

Zeynəb əlinə düşən pullları nəvəsinin yolunda tökdü qızının yeganə yadigarı olan Əfşanını ən sonunda yenidən həyata qaytara bildi.Keçirdiyi psixi sarsıntıdan yeddi il əziyyət çəkən qız, nənəsinin sayəsində yenidən həyata bağlanmağı bacardı.Mrəlum hadisədən sonra Əfşan nənəsi ilə qalmalı oldu.Valideyinlərini də elə Hacıkəndin girəcəyində yerləşən qəbirstanlıqda dəfn etdilər.Zeynəb bir xeyli müddət Əfşanı valideyinlərinin qəbrini ziyarət etəmyə aparmadı.Bir gecə Ülkər anasının yuxusuna gəlib ,,Ana gələndə Əfşanımı da gətir görüm demişdi. Gör nə zamandır onu görmürəm.Balamın üzünə həsrət qalmışam .Yadından çıxmasın qızımı gətir deyib bir andaca gözdən itmişdi.Qızının səsi qulaqlarında uzun bir cingiltiyə dönmüşdü. Zeynəb yuxudan səksənib ayıldı.Gördüyü yuxunun xeyirə yozulması üçün elə yatağnda dua etməyə başladı.Dua edə-edə yanında yatan Əfşana göz qoydu.Qız yorğana bürünüb dərin yuxuya getmişdi.Körpə uşaq kimi astadan mışıldayırdı.Qadın duasını bitirb ayağa durdu.Pəncərəni açıb uzaqdan görsənən işıqları seyr etdi.Yuxusu tamam qaçmışdı.Səs salmadan ayaqlarının ucunda yan otğa keçdi.Qara üzlü albomu əlinə alıb gecə lampasının işığında mizin üstünə qoydu.Meşin üzlü kətili çəkib əyləşdi.Titrək əlləri ilə albomun üz qabığını qaldırdı.Keçmiş həyatı bir -bir gözünün önündə canlandı.Albomun içində neçə əziz və doğma insanın həyatı cəm olmuşdu.Həyat yoldaşı,ilə yanaşı çəkdirdiyi şəkillər .getdikləri toylardan olan rəsmlər hamısı yaşanmış xoşbəxt günlərin xatirəsi idi.Növbəti səhifədə yeganə övladının Əfşanın anasının şəkilləri idi.Zeynəb titrək bamaqları ilə rəsmin üzünə sığal çəkdi.Yanaqları boyu süzülən göz yaşları boynuna doğru axdı.Göz yaşlarına hakim ola bilməyən qadın dodaqlarını rəsmə doğru yaxınlaşdırıb qızının cansız üzündən öpdü.Rəsmi öpüşlərə qərq edib pıçıldamağa başladı.Həyatda yeganə pənahım .dayağım yaşamaq həvəsim odur ,sənin ciyərparan mənim nəfəsim Əfşan.Onu yaşatmaq üçün min bir əziyyətə qatlandım.Bağışla sənin məzarına onu ziyarətə gətirmədiyim üçün qızım .Qadın pıçıldayır rəsmi dodaqlarından çəkmi canki bir rəsmlə yox canlı bir insanı ilə söhbət edirdi. Amma sənə söz verirəm tamam sağalsın gətirəcəm .Mütləq sənin ziyarətinə gətirəcəm onu .Əlindəki rəsmə baxdıqca qızı sanki canlanır gözünün önündə hərəkət edirdi.Oturduğu yerdən ayağa qalxmaq istəməyən qadın ,ayağa qalxarsa övladını yenidən itirə biləcəyini düşünürdü.Ülkərin xəyalı gözünün önündə sakitcə gəzir ancaq heçnə danışmırdı.Bir xeyli belə oturan qadın nəhayət özünü ələ almağı bacardı.Dan yeri ağarmağa başlamış albomu yerinə qoymaq üçün ayağa qalxdı.Xeyli vaxt idi ki oturmuşdu.Gecənin soyuğunu hiss etməyən qadının ayaqları soyuqdan keyləşmişdi.Ayağının keyinin açılmasını gözlədi .Keçəndən sonra albomu yenidən götürdüyü yerə qoyub otaqdan çıxdı.Onsuzda yerinə uzansada yata bilməyəcəkdi.Əynini qalın geyinib həyətə düşdü.Xeyli vaxt idi ki Zeynəbin qardaşı Əfşanı öz oğluna almaq istəyirdi.Dəfələrlə söhbət açılsa da Zeynəb bu izdivaca razılıq vermir qızın tamam sağalmasını gözləmək lazım olduğunu deyirdi.Zeynəb Əfşanın da oğlana meyli olduğunu hiss etmişdi.Ancaq bu haqda onunla bir kəlmə də olsa heçnə danışmamışdı.Bu gün Əfşanı yenidən yoxlanması üçün həkimə aparmalı idi.Bəlkə ondan sonra bir qərar verə biləcəkdi.Həkimlərin və psixoloqun rəyi müsbət olsa da Zeynəbin qəlbində çox qəribə bir narahtçılıq var idi. Qardaşının oğlu dənizdə neft buruğunda işləyirdi.Ayın on beş gününü işdə,on beş günün isə evdə olurdu.Özünə şəhərdə ev də almışdı .Ailə qursa Əfşanı özü ilə Bakıya aparacaqdı.Zeynəb onda burda tək tənha qalacaqdı.Onun üçünmü ya başqa bir şeydənmi çəkinirdi Zeynəb .? Özünə belə bəlli olmyan bir hiss vardı qəlbində.
Artıq Əfşanın iyirmi dörd yaşı tamam olmuşdu.Məlum gecədən doqquz il ötmüşdü.Bu müddətdə Əfşan tamam sağalmış elə rayonun özündə dərzilik kursunu bitirmişdi.Zeynəbin yox cavabına baxmayaraq Əfşanı Valehə nişanlamışdılar.Qızın bütün cehezini alıb evini bəzəmişdilər .Üzü payıza toyları olacaqdı.Bir həftə əvvəl Bakıya Valehin dostunun toyuna getmişdi Əfşan .Toydan sonra Valeh onu şəhərin gəzməli görməli yerlərini gəzdirmiş çoxlu şəkillər çəkdirmişdilər.Valehlə 3 gün çox gözəl zaman keçirmişdilər.Sonra Valeh onu öz bacısı ilə bərabər rayona yola salmışdı..Valeh onları yola salarkən Əfşanın əlindən tutub bərk -bərk sıxaraq sənsiz darıxacam demişdi.Əfşan onun bu hərəkətindən utanıb başına aşağı saldı.Ynaqlarına qızartı çökdü.Bunu görən Valeh yaxşı deyib onun əlini buraxdı.Bacısını qucaqlayıb üzündən öpdü.Əfşan sizə əmanət .Onu sizə tapşırıram dedi.Onun bu sözü hər iki qıza qəribə gəldi.Ancaq heç biri heçnə demədi.Avtobus yerindən tərpəndi..Valeh avtobus gözdən itənə kimi yerindən tərpənmədi.Bunu tez tez geriyə çevrilib baxan Əfşan da gördü.Yanında əyləşən baldızına ona nə olub görən .Niyə getmir dedi?.Qız yarızarafat ,yarı ciddi yəqin səndən ayrılmaq istəmir deyib gülümsündü.Əfşan dərindən köks ötürüb başını avtobusun şüşəsinə söykədi.
Valehdən bir həftə idi ayrılmışdı Əfşan.İki gün idi Valehin telefonuna zəng çatmırdı.Xəbərlərdə dənizdə möhkəm fırtına baş verdiyi deyilmişdi.Bunu eşidən qızın iki gün idi ki yuxusu tamam qaçmış iştahası pozulmuşdu.Onun bu halı nənəsini çox narahat edirdi.Valehdən bir xəbər ala bilməməsi bir yana qəlbində baş qaldıran narahatlıq onu lap dəliyə çevirmişdi.Ürəyinin tez-tez döyünməsi heçdə xeyir əlaməti deyildi.
Valehdən bir həftə idi ayrılmışdı Əfşan.İki gün idi Valehin telefonuna zəng çatmırdı.Xəbərlərdə dənizdə möhkəm fırtına baş verdiyi deyilmişdi.Bunu eşidən qızın iki gün idi ki yuxusu tamam qaçmış iştahası pozulmuşdu.Onun bu halı nənəsini çox narahat edirdi.Valehdən bir xəbər ala bilməməsi bir yana qəlbində baş qaldıran narahatlıq onu lap dəliyə çevirmişdi.
Yay fəslinə xas olmayan bir küləkli hava var idi.Toz =torpaq ərşə qalxmışdı.Az qala külək adəamı yerindən tərpədə idi. Bütün günü evdən bayıra çıxmamışdı.Elə küncə bucağa çəkilib göz yaşlarını silmişdi ki nənəsi görməsin Elə bil axşamın düşməsinin səbirsizliklə gözləyirdi.Axşam düşər düşməz dağların başından qalxan qara buludlar bir çaxnaşma ilə gəlmişdilər. Nə külək dayanır nə də göyün üzünü alan qara buludlar çəkilirdi.Sanki buludlar göyün üzünü həbs etmiş kimi görsənirdilər.Hərdən Zeynəb eyvana çıxıb içəri giri allah xeyir eləsin havadan zəhrimar yağır deyə gileylənirdi.Onun belə danışması onsuz da narahat olan Əfşanı lap darıxdırırdı.Yuxus olmasa da tez yatacağını deyib öz otağına çəkildi.Gecə paltarını geyinb yatağına uzandı.Gözərini yumub yatmaq istədi.Başında güclü ağrı var idi.Nə zaman yuxuya getdiyini bilmədi.Yuxudan səksənib ayıldı.Valehin qəh-qəh səsinə oyanmışdı.Gözlərini ətrafa gəzdirib heç kim görmədi.Divar saatına baxdı.Hələ on iki yox idi.Ürəyinin döyüntüsü qulaqlarında eşidilirdi.Qorxa-qorxa sinəsinə baxdı.Gecə köynəyininüstündən belə çırpınan ürəyinin titrəməsi aydın seçilirdi Ürəyinin tez-tez döyünməsi heçdə xeyir əlaməti deyildi.Əlində olan nişan üzüyünün qaşını əli ilə sığalladı.Üzüyün qaşı işıqda bərq vururdu.Birdə sığal çəkdi.Əlinin sərt hərəkətimi yoxsa zərgərin səhlənkarlığındanmı üzüyün qaşı yerindən tərpənib yatağın içinə düşdü.Əfşan tələsik üzüyün qopmuş qaşını əlinə alıb yataqdan yerə sıçradı.Bəxt üzüyünün qopan qaşı xeyirə əlamət deyildi.

Son

Nahidə Tağıyeva Qurbanov / 26.08.2017
www.kafiye.net