KÖHLƏN AT

Dördüncü hissə

Evə dönən kimi Mələk atasının yanına keçdi.Salam verib otutması üçün atasının icazəsini gözləyən qız bir müddət susdu.Atası onun nəsə demək istədiyini anlamışdı. Mələk adətən atasından nəsə istədiyi zaman onun hüzuruna gəlirdi.Bu dəfə də bəy fikirində yanılmamışdı. Mələyin bu dəfə ki, xaişi ona ata minməyi öyrət deməsi oldu.Zaman bəy ilk öncə qaşlarını çatıb qızına diqqətlə nəzər saldı. Qarşısında duran bu 15 yaşlı kiçik qızı elə bil indi gördü Qızının xeyli böyüdüyünü , Mələyin gənc qızlara xas olan bədən qurluşu atanı fikirləşməyə vadar etdi.. Nə deyəcəyini hələ kəsb etdirməmiş qızı yenidən dilləndi.Zaman bəyin ətraf kəndlərdə də sözünün keçdiyini .hörmət izzət sahibi olduğunu bilən qızı ,bu gün baş verən hadisəninin onsuzda atasına çatacağını bildiyindən ,özü hər şeyi açıb danışmalı oldu.Qızını diqqətlə dinləyən bəy.onun atlılar içində olan qızdan danışarkən gözlərinin necə sevinclə parıldadığını gördü.Qızının at sürməyə necə həvəsli olduğunu görən bəy ,bir az keçsin indi biçin vaxtıdır sonra bu haqda düşünərəm dedi.Atasından bunu eşidən Mələk sevincindən ona sağol deməyi belə unudub düz dayəsinin otağna doğru qaçdı.Dayəsi onu dinləyib narazı halda başını yellədi.Bunun xanımlara yaraşan bir məşğuliyyət olmadığını deyib Mələyin bu fikri beynindən uzaqlaşdırmasını tapşırdı.Ancaq Mələk bu fikrində çox ciddi olduğunu qeyd edib onun yanından çıxdı.

Mələk həmin gecəni sevincində yatmadı.Gah xəyalında atasının köhlən atına mindi,gah da dağların yamaclarında at çapdı.Səhərə yaxın yuxuya gedən qızı həyətdəki səs küy oyatdı.Pəncərədn həyətə baxan Mələk nökər nayibin o yan, bu yana qaçdığını görüb tez əynini geyinib həyətə düşdü.Hələdə nə baş verdiyini anlamayan qız atasına yaxınlaşıb nə olduğu ilə maraqlandı.Bu gündən taxıl biçininə başlayırıq ora gedirik bir neçə gün nökərlərlə orda qalacağıq .Biçini bitirib kəndlilərin payını böləndən sonra geri gələcəm.

İlk olaraq sənin arzunu yerinə yetirəcəm.Atasının sözlərinə inanmayan kiçik xanım onun gözlərinə diqqətlə baxıb bi-bic gülümsündü.Atasının həqiqəti dediyini bilməsi üçün bir dəfə onun gözlərinə baxmaq kifayət idi.Bəylik artıq ayaqüstə idi.Bir neçə qaravaş və nökərlərdən başqa bəylikdə Zaman bəyin yaşlı əmisindən başqa kimsə qalmamışdı. Hamı biçin üçün yola çıxmışdı.Bəyliyi qəribə bir sükut bürümüşdü.Burda olmayanda Zaman bəy öz işlərinin hamısını əmisinə tapşırar alacaqları və verəcəkləri ilə onu tanış edib sonra yola düşərdi.Əmisi yalı olmasına baxmayaraq bəyliyi ondan da yaxşı idarə etməyi bacarırdı.Bir neçə gün sürən bu sakitlikdən sonra bir axşamüstü yenidən aləm bir-birinə dəydi.

Taxıl yüklü arabaların təkərindən çıxan səslər kəndi başına almışdı.Biçindən dönən adamlar paylarına düşən taxılı arabalara yükləyib öz evlərinə dönürdülər.Mələk bu dönüşü çox səbirsizcə gözləyirdi.Gələn yüklə dolu at arabaları kəndin içində bir- azalır hər biri öz qapısına doğru yo alırdı.Zaman bəyin evinin önündən keçən el yolu bütün bunları görmək üçün çox əlverişli idi.Biçinçilərin gəldiyini görən həyətin nökər nayibləri tez əl ayağa düşmüşdülər. Kimi samovara od salır .kimi isə qazanda su qızdırmağa başlamışdı. Həyətdə oynayan uşaqlarda yola çıxıb gəlib keçən arabaların arxasınca qaçır sonradan geri dönürdülər.Ən sonda isə Zaman bəyin biçinçiləri öz arabaları ilə həyətə daxil oldular.At arabalarının önündə həyətə daxil olan şax qamətli bəy köhlənin üstündə elə şəstlə oturmuşdu ki .baxanda adam valeh olurdu.Baında olan şiş buxara papağı onu olduğndan çox hündür və yaşlı göstərirdi.Mələk tez eyvandan düşüb atasının hüzuruna doğru yeriyib xoş gəldin elədi.Atası ona yaxınlaşan nökərin atın yüyənindən tutmasına aman vermədən özü atdan yerə sıçradı.Ona yaxınlaşan övladının alnından öpən bəy qızına diqqətlə baxıb kefi kök halda gülümsündü.

Bu ilki taxıl zəmiləri gözlədiyindən də artıq məhsul vermişdi.Demək bu ilki qazan keçən ilkindən çox olacaqdı.Onun üçün də bəyin kefi kök idi.Tasının əlindən öpüb gözünün üstünə qoyan qız ona sarıldı.Bu mehriban və təsirli görüş əcnəbi dayəni kövrəltdi.Tez ordan çəkilib uzaqlaşdı.

Gecənin yarısına kimi araba ilə gələn taxılları kisələrə yığan nökərlərə anbarlara daşıyıb həmin qurtardılar.Sonra tamam sakitlik çökdü.Bütün bəylik malikanəsi dərin yuxuya qərq oldu.Səhər hamıdan tez duran Mələk yerindən qalxan kimi özünü qara rəngli kəhərin yanına yetirdi.Əlində gətirdiyi kişmişi ata vermək üçün ona yaxınlaşdı.At başı ilə onun əlində olan kişmişləri yerə tökdü.Mələk onun bu hərəkətindən təəcübləndi.Birdən yadına düşdü ki kəhər Zaman bəydən başqa heç kimin əlindən heç nə yemir.At ilə dostlaşmaq deyəsən ona heç də asan olmayacaqdı.Peşman halda geri qayıdan qız səhər yeməyini də könülsüz halda yedi .Onun bu hərəkəti bəyin gözündən yayınmadı.

Qızının xəstələndiyini düşünüb ondan niyə bikef olmasını soruşdu.Mələk iştahasının olmamasını bəhanə etsəs də əsil səbəbin bu olmadığıı bəy hiss etdi.Bir neçə gün özünü belə aparan qız nəhayət ki atasına ona söz verdiyini və at a minməyi öyrədəcəyini dedi.Bir xeyli fikirləşəndən sonra bəy həyətin ən gənc ,gənc olmasına baxmayaraq çox qoçaq olan nökərini yanına çağırıb hər gün dayəsinin nəzarəti altında olmaqla Mələyə yarım saat müddətində ata minməsini öyrətməyi tapşırdı.

Nökər hüzurunda baş əyib otaqdan çıxdı.Mələk quş kimi qanad açdı.Səhəri gözləmək üçün səbri çatmayan qız həmin günün axşamına kimi kəhərin ətrafında dolandı.Dəfələrlə ona kişmiş və başqa yemək verməsinə baxmayaraq bir dəfə də olsun onun əlindən heç nə yeməyən at sonunda ram oldu.Qızın əlində olan iran xurmasını dodaqları ilə götürüb bir anın içində uddu.Deyəsən kəhər onunla dostlaşmaq qərarına gəlmişdi.

Sabah onun üçün ilk gün olacaqdı.İlk dəfə olaraq atın yəhərinin üstündə əyləşəcəkdi.Bunu necə bacaracağını bilməsə də onu mütləq öyrənməli olduğunu qarşısına bir məqsəd kimi qoymuşdu.Səhəri lap tezdən günəşlə bir oyandı. hələ yeni dəmə qoyduğu kəklik otlu çaydan süzüb içdi.Motal pendirindən lavaşla kiçik bir dürmək düzəldib əlinə aldı.Özünü tez köhlənin yanına saldı.Əli ilə onun yalına sığal çəkdi.

At birinci fınxırsa da sonra sakit dayandı.Əlində olan dürməyin bir hissəsini ona verən qız tez onun belinə sığal çəkə-çəkə yüyənindən tutdu.Atın kənara qoyulan yəhərinə diqqət edəndən sonra onu necə yəhərləmək lazım olduğunu fikirləşdi. Onu edə blməyəcəyini bilirdi.Bir xeyli durub köhləni seyr etdikdən sonra tövlədən çıxıb evə qayıtdı.Hələ çox erkən idi.Bir neçə nəfəri çıxmaq şərti ilə qalan ev əhli hamısı səhərin şirin yuxusunda idi.Günəşin al şəfəqləri artdıqca yuxudan oyananların sayı artırdı.

Mələk gənc nökərin yuxudan durub işini bitirməsini gözləməli idi.Onun üçün də dayəsinin bəzi tapşırıqlarını yetirməli oldu.Günorta azanı veriləndən sonra bütün işini bitirən oğlan köhləni tövlədən açıb düz həyətin ortasına gətirdi. Həyətin ortasında olan qoca çinar ağaçının altında qurulmuş taxtda istirahət edən Zaman bəy ou görən kimi dünən verdiyi tapşırığı xatırladı.Xüsusi bəslənən at sahibini görən kimi qabaq ayaqlarını qaldırıb salam verirmiş kimi oynadıb yerə qoydu.Onun bu hərəkəti bəyin çox xoşuna gəldi.Əli ilə nökəri yaxına çağırdı.Taxtın üstündə olan içi kişmişlə dolu olan qabı ona verib ata verməsini dedi.Sonra nə fikirləşdisə br anlıq qabı ondan geri alıb atı onun yanına çəkməsini tapşırdı.Kəhərin yüyənindən tutan oğlan onu düz bəyin qənşərinə gətirdi.Bəy əlini irəli uzadıb onun uzun saçlarına sığal çəkdi sonra ovcunu kişmişlə doldurub onun ağzına apardı.Dodaqları ilə ehmalca kişmişləri götürüb çeyəyən at quyruğunu astadan yellədirdi.Bəyin ovcundan kişmişləri yeyib bitirən kimi başını aşağıya doğru əyib elə bil sahibnə təşəkkür etdi.

Zaman bəy nökərə apar deyi byenidən taxtın üstündə onun üçün qoyulan müttəkkəyə dirsəkləndi.Qızının ilk dərs günü idi.Ona özü nəzarət edəcəkdi.Mələk deyə qızını səslədi.Bir göz qırpımında onun hüzuruna gələn qız sakit durub onun nə deyəcəyini gözlədi.Onu diqqətlə süzən bəy .qəlbinin dərinliyində axı sənin nəyinə lazımdır ata minməyi öyrənmək.Bu gün sabah səni bir bəyə ərə verəcəm gedəcəksən .Başın o qədər ərə uşağa qarışacaq ki at da yadından çıxacaq adında. Ancaq bunları qızına deməyə ürəyi gəlmədi.Nökər atı yəhərləyib hazır edəndən sonra onun lap yaxınlığına kiçik bir stol qoydu .Zaman bəy özü ayağa qalxıb qızına bir neçə dəfə ata necə minməli olacağını başa saldı.Nəhayət ki gənc nökərin köməkliyi ilə Mələk atın belinə qalxıb yerini yəhərdə bərkitməyi bacardı.

Bir neçə dəfə həyəti dövrə vurandan sonra yerə enən qız çox sevincli idi.Bu günü ilk dəfə olaraq uğurlu olmuşdu.Bir neçə gün eyni vəziyyət təkrar oldu.Nəhayət Mələk özü sərbəst şəkildə atın üstünə minib düşməyi öyrənməyi bacardı.Zaman bəy onun üçün dərzi gətizdirib rahat bir geyim tikdirdi. Tövlədə olan atlarından birini ayırıb ona verdi. Mələk bunu qəbul etsə də ancaq gözü ilk gündən atasının köhlənində idi.Arada atası evdə olduğu zaman yenə də qara köhlənə minib onu sürürdü.Atasının ona tikdirdiyi geyim çox rahat olduğu üçün ,bütün günü əynindən soyunmazdı. Bu geyimdə yəhərə qalxıb enmək çox asan idi.

Nahidə Tağıyeva  Rustamova
www.kafiye.net