KÖHLƏN AT


.,Üçüncü hissə.,

Mələyin anası Bəyimxanım mahalın adlı –sanlı bəylərinin birinin qızı idi.İkinci övladını dünyay gətirərkən canından olmuşdu.Mələyin 3 yaşı olarkən anasız qalması bəyin belini bükmüşdü.Çox gənc olmasına baxmayaraq Zaman bəy övladını analıq əlinə verməyə ürəyi gəlməmişdi.Başqa bir kənddə ail qurmağına baxmayaraq ikinci arvadını bəyliyə gətirməmiş o biri evində saxlamışdı.Bu evlilikdə də iki qızı bir oğlu dünyaya gəlmişdi.Uşaqlar görüşsələrdə bir yerdə yaşamaq istəmirdilər.Zaman bəy Mələk üçün Faransadan gəlmiş bir dayə tutmuş Mələyi tərbiyə etməsini və oxuyub yazmasını öyrətməsini tapşırmışdı.Mələk bəylikdə şahzadələr kimi böyüsədə Zaman bəy ona bir çox şeyləri qadağan etmişdi.Bütün gününü ancaq kitab oxumaqla və dayəsi ilə keçirən qızcığaz hərdən atasının icazəsi ilə xüsusi olaraq onun üçün hazırlanmış bağlı faytona minər və qəza mərkəzinə gəzməyə gedərdi.Elə ata minib,çapmağıda bu gedişlərin birində qarşılaşdığı mənzərədən sonra öyrənmək istəmiş ,və çox xaiş minnətdən sonra atasını razı salaraq bu arzusuna nail olmuşdu.Qəza mərkəzinə çatmamış onlara dövrəyə alan atlıların içində olan bir xanım? onun diqqətini özünə daha ,çox cəlb etmşi onun əynində olan geyimlə öz geyimini müqayisə etmiş öz zər zibalı geyimindən çox o xanımın geyiminə üstünlük vermişdi.Onu diqqətlə süzdükdə sonra dayəsindən gizlin əlini boynuna atıb boğazına taxdığı ağır qızıl zənciri açıb kiçik boxçasında gizlətmişdi.Qızın günəşdən yanıb qaralmış üz cizgiləri.atın üzərində oturmuş vəziyyətdə belə olan şax qamətinə vurulmuşdu.Geyindiyi zər zibalı geyimində saray xanımlarına bənzədiyini düşünüb bir anlıq özünə nifrət etmişd.Atasının xarcdən məxsus olaraq ancaq onun üçün gətizdirdiyi bu parçalar çox bahalı olsa da artıq onun üçün elə bil dəyərini itirdi.Gözlərini atın üstündə şəstlə oturan xanımdan çəkə bilməyən Mələk dərin fikrə getdi.Evə dönən kimi mütləq atasından izin almalı olduğunu fikirləşib qımışdı.Atlılar faytonu getdiyi yerə kimi müşaiyət edib qəfil gəldikləri kimi də ,qəfil bir göz qırpımında yoxa çıxdılar.Onlar gözdən itən kimi fransız dayə öz dilində dodaqları altında nəsə pıçıldayıb bir dəfə dayanmadan xaş çevirdi.Bu pıçıltıdan Mələyin başa düşəcəyi və ən əsas eşidəcəyi bir çümlə oldu ,,Allah bizi qoru,,Fayton qəza mərkəzinə çatan kimi hər zaman dayandığı iki mərtəbəli bir evin qapısı önündə dayandı.Bura dayənin bacısının xidmət etdiyi bir ağanın evi idi. Evin sahibi Qazax mahalında çox sayılıb seçilən hörmət sahibi olan bir bəy idi.Bunula neçənci dəfə idi ki Mələk atasının izni ilə öz dayəsi ilə bura qonaq gəlirdi.Zaman bəy ,Əli bəyi çox yaxşı tanıdığı üçün .qızının öz dayəsi ilə qonaq getməsinə izin verirdi.Özü nə zaman qəza mərkəzinə gəlsə mütləq Əli bəylə görüşər ,onunla əyləşib bir stəkan çay içərdi.Faytonçu yerə enib qapını astadan taqqıldatdı.Səsə evin nökəri gəldi.Onları evə dəvət etmədən öncə evin xanımını səslədi.Onun səsinə eyvana çıxan evin xanımı gülərüzlə onları qarşılayıb evə dəvət etdi. .Şəhər mədəniyyəti ilə kənd mədəniyyəti çox fərqli olduğundan onları mizin arxasına dəvət etdilər.Qulluqçu qız kiçik sinidə çay gətirib onların qənşərinə düzdü.Evin xanımı ona başı ilə get işarəsi verdi.Üzündən nur yağan bu xanım elə bil ki,Mələyi neçə illər idi ki tanıyırdı.Onunla çox mehriban danışan bu xanımda analıq sevgisi duyan Mələk kövrəldi.Anasının üzünü belə xatırlamayan qız ana sevgisinin həsrətini çəkdi.Atası ona anasızlığın nə olduğunu hiss etdirməsədə bu gün onun acısını daddı Mələk.Fransız dayə yan otaqda öz bacısı ilə nəsə ciddi cəhdlə söhbət edirdi.Otağın açıq qalan qapısından ona diqqətlə baxan Mələk onun dəfələrlə xaç çevirdiyini gördü.O bacısına ylda qarçşılaşdıqları hadisəni danışır və əl qola nəsə izah edirdi..Mələk az zamanda evin qızı Zeynəb ilə dostlaşmışdı.Zeynəb avropada qızlar gimnaziyasında təhsil almışdı.Orda gördüklərindən yaşadığı qərb həyatından sevinclə Mələyə danışır oxuduğu və öyrəndiyi elmləri ona aşılayırdı.Onun sözünü kəsmədən diqqətlə dinləyən Mələk , Zeynəbin ona göstərdiyi rəsmləri heyranlıqla izləyirdi.Evlərində olan bir neçə rəsmdən başqa heç bir rəsm əsəri görməyən Mələk gördüyü rəsmlərə təccüblə baxıb Zeynəbə sarı döndü.Bu qızın gözlərində olan həyat eşqi necədə gözəl idi.Zeynəb tamam fərqli bir insan idi.Əynində olan avropasayağı geyim onu elə avropalılara bənzədirdi.Mələkdən fərqli olaraq onun başında kəlağayı yox idi.Çoxda uzun olmayan saçları kürəyinə səpələnmiş başına isə Mələyin heç yerdə görmədiyi bir sancaq taxmışdı.Onu diqqətlə izləyən Mələyin qeyri ixtiyari olaraq beynindən bir fikir keçdi.Müasirlik belə olmalıdır.Daha mənim ki ,kimi yox.Fransız dayən olsun evdə çarşabla gəzəsən ,evə qonaq gəldiyi zaman öz otağına qapılıb onun getməsini gözləməlisən.Mələk Zeynəbində hiss edəcəyi bir ah çəkdi.Zeynəb bunu hiss etsə də ,biruzə vermədi.Ancaq onun qəlbinin dərinliyindən nələr keçdiyini də anlamamış olmadı.Zeynəb onun üzündən kədərləndiyin görüb gülümsündü .Tez onun əlindən tutub o biri otağa doğru çəkdi..Otağın baş tərəfində qoyulmuş böyük bir röyalın örtüyünü götürüb əli ilə ona oturmağa yer göstərdi.Mələk bu təklifdən tutulsa da özünü ələ alıb çiyinlərini çəkib körpəsayağı mən bacarmıram dedi.Zeynəb keçib özü əyləşdi.İncə barmaqları ilə şirmayıdan olan ağ dillərə toxunduqca qəribə səslər eşidilməyə başladı.Onun səsinə o biri otaqda olan ailə üzvləridə gəlib Zeynəbin dörd yanını tutdular.Çox məharətlə ifasını bitirib ayağa qalxan Zeynəb onlara yüngülcə baş əydi.Ətrafda olanlar ona əl çaldılar .Mələk bütün bunları acgözlüklə izləyir, Bura gəldiyi üçün sevinir ,özünü bir çox şeyi bilmədiyi üçün isə kədərlənirdi.Günorta naharından sonra geri qayıtmalı oldular. Evin xanımı onu mehribancasına qucaqlayıb yanaqlarından öpdü.İstədiyi zaman onlara qonaq gələ biləcəyini dedi.Mələk öz dayəsi ilə onlara təşəkkür edib faytona əyləşdi.Yol boyu bir kəlmə belə olsun danışmayan Mələk gördüyü yenilikləri öz beynində vuruşdurur özü ilə Zeynəbi sonra at üstündə əyləşən o məğrur şax qamətli qızı müqayisə edirdi.Nə qədər etsədə özünə onların arasında yüksək yer verə bilmir hər dəfəsində sonuncu olurdu.Gah Zeynəb ,gah da adını bilmədiyi o cəngavər görkəmli qız birinci olurdu.

Nahidə Tağıyeva Rustamova
www.kafiye.net