QADIN SİRLİ DÜNYADIR…

16.

Elşən darvazanı açıq görüb,bacısının şəhərdən qayıtdığını anladı.Ucadan:
-Ay səni şeytan!Harda gizlənmisən,çıx görüm!,-dedi.İri addımlarla evə tərəf gedirdi ki,qəfildən qarşısına Süsən çıxdı…Hər ikisi bir anlığa duruxdular…Baxışlar toqquşdu…Elşən bacısının getməzdən əvvəl dediyi sözləri xatırladı:”Görüm,gətirə bilsəm,Süsəni evimizə qonaq gətirəcəm”..Demək,bu qız Süsən idi..İlahi,necə gözəlləşmişdi…
Süsən də Elşənin qəfil gəlişindən çaşbaş oldu”Deyəsən bu gələn Elşəndir axı…Necə dəyişib…Hündürboy,enlikürək…Lap pəhləvana oxşayır..”
Onları eyvandan seyr edən Gülnar həyətə endi.Amma onun gəlişini nə Süsən hiss etdi,nə də Elşən…Onlar başqa aləmdə idilər…Sirli,sehrli bir aləmdə…Gülnarın dodaqlarına təbəssüm qondu.Fikrindən,xəyalindan nələr gəlib-keçdi..Ürəyi yerindən oynadı…
-Bacı qurban,özüm sənə demədim.Bilirdim ki,iş-gücünü buraxıb məni qarşılamağa gələcəksən,-dedi.Qıymadım..Həm də sənə sürprizim var…Buyur,tanış ol,bu da mənim ciyərparəm Süsən!
Bacısının səsi Elşəni xəyallardan ayırdı.Özünü toparlayıb:
-Gərək xəbər verəydin,-dedi.İş-güc səndən artıq deyil..,-.Qonağımız da xoş gəlib,səfa gətirib..Gözümüz üstə yeri var,- deyib əlini Süsənə uzatdı.-Xoş gördük,-Süsən!
Süsən:
-Salam,Elşən,-deyib əl görüşdü…Ürəyi yerindən qopdu…Elşənin iri ovcunun içində balaca,zərif əlləri əsdi…
Gülnar vəziyyəti nizamlamağa çalışdı:
-Bıy,bəs bacınla görüşməyəcəksən?
Elşən qolunu Gülnarın boynuna saldı:
-Bacıma canım qurban,-deyib alnından öpdü.
Qızlar eyvanda süfrə hazırlayır,Elşən isə əl- üzünü yuyub özünü sahmana salırdı.
Şam yeməyindən sonra qızlar həyətdəki oturacaqlarda oturub,axşamın sərinliyindən zövq alırdılar.Bir yarpaq belə tərpənmirdi.Süsən gözlərini yumub evin yaxınlığından axan çayın səsini dinləyirdi.Birdən qulağına radioda oxunan mahnının səsi gəldi:
-Bülbüllər nəğməsiylə,çaylar zümzüməsiylə
Deyir,deyir,deyir,deyir,ayrılma məndən….
Süsən gülümsədi:”Deyəsən bu mahnı mənimçün oxunur axı…Heç bu yerlərdən ayrılmaq olar?”
Gülnarın çay süfrəsinə dəvəti onun lap ürəyincə oldu.Şəhərdən gətirdiyi şirniyyatları səliqə ilə süfrəyə düzdü.Elşən onun hərəkətlərinə gözaltı nəzər salırdı.Xəyalən onun bu evdə sahibəliyini düşünür,daxilən qeyri-adi hisslər keçirirdi..

Ardı var
www.kafiye.net