QADIN SİRLİ DÜNYADIR…

9-CU HİSSƏ.

Şəkildən ona ağbəniz,iri qara gözlü,saçları səliqə ilə daranmış,mehriban,gülərüz bir qız baxırdı.Elə bil dil açıb danışacaqdı..Elşən təəccübünü gizlətmədi:
-Bu həmin o Süsəndir?Balaca,toppuş Süsən?…Necə böyüyüb,dəyişib!…Nə gözəl qız olub!
-Çirkin idi ki?..-Gülnar gözlərini qıyıb bic-bic Elşənə baxdı..
Elşən bacısının eyhamını başa düşməmiş kimi şəklə bir də nəzər saldı:
-Hər halda,belə gözəl də deyildi..-deyib Gülnarın burnuna yüngül çırtma vurdu.
Gülnar da cavabında üz-gözünü büzdü.Elşən stolun üstündəki almanı iştahla dişləyib otaqdan çıxanda Gülnar fikrə getdi:”Aha,demək belə…Süsənin şəkli Elşənin xoşuna gəldi..Bu lap əla oldu ki…Ay Allah,kaş Süsən də Elşəni bəyənəydi.Onsuz da gələn elçilər ürəyiycə deyil…Bəlkə elə qismətində Elşəndir…”
İçinə xoş hisslər dolmuşdu.Gözləri sevincdən gülürdü..Süsən yanında olsaydı bağrına basıb,üz-gözündən öpərdi..
Qəfildən gözü divar saatına sataşdı.”Aman Allah,nahar vaxtıdır,mən də burda xəyallar qururam”-deyib cəld mətbəxə keçdi.Gənc olmasına baxmayaraq,yaxşı biş-düşü vardı,yeməklərinə söz ola bilməzdi.Çox səliqəli,işgüzar qız idi.Hamı da xətrini çox istəyirdi.Anasız yaşadığı illər ona çox şeyləri öyrətmişdi..
Nahar yeməyini hazırlayıb otağa keçmək istəyirdi ki,telefon zəng çaldı.Dəstəyi qaldıranda ürəyi uçdu…Süsən idi…
-Alo,Gülnarım!Darıxdım səninçün…Bağışla,bayaq bir az əsəbi idim..Həm də anamgil evdə idi,rahat danışa bilmirdim..İndi evdə təkəm..Bilirsən,imtahanlar,zaçotlar bir yandan,elçilik söhbətləri o biri yandan çox yorub məni.Guya ki,müasir ailəyik,amma çox da uzağa getməmişik,atam öz qohumunu tərifləyir,anam da öz qohumunu…Sənə dərdimi danışdım,gülüb özündən getdin…
Gülnar Süsəni sakitləşdirməyə çalışdı:
-Ay qız,dərdin dağlara!..Adama elçi gəlmək nə vaxtdan dərd olub?,-deyib yenə bərkdən güldü.
Bu dəfə Süsənin ona acığı tutmadı:
-Dərd elçi dərdi deyil,valideynlərin övladlarına əşya kimi baxmasıdır…Nə isə…Səni görmək istəyirəm,Gülnar.Sonuncu dövlət imtahanımı da verim,dincələcəm.Bax onda görüşüb doyunca söhbət edərik.Bir neçə günlüyə gəlib qala bilsən,lap yaxşı olar.Anam da sevinər.Elə sən də ev işlərindən bir az ayrılarsan…
Süsən danışır,Gülnar ürəyində götür -qoy edirdi “Bəlkə bu elə bir fürsətdir..Bakıya gedib,.bir-iki gün qalaram.Sonra Süsənin imtahanlardan sonrakı yorğunluğunu bəhanə edib,ata-anasından icazə istəyərəm.Süsəni özümlə kəndə gətirə bilsəm nə yaxşı olardı…Elşənlə bir-birlərini görərdilər..Bəlkə bu,taledir,qismətdir….
-Yaxşı,bacı.İmtahanlarını ver,qurtar.Mən də bəzi işlərimi yerbəyer edim,çalışaram ki,Bakıya gəlim.Mayisə xalanı da,Nazim əmini də
görmək istəyirəm,- dedi.
Rəfiqələr bir az da söhbət edib,mehribanlıqla sağollaşdilar….

Ardı var
Govher Rustamova
www.kafiye.net