Gəlmə mənə sarı,tanrısız gözəl

Gəlmə mənə sarı,tanrısız gözəl!
Gəlmə mənə sarı,dinsiz,imansız!
Gedişin nə qədər göynərti,acı,
Dönüşün o qədər qansız,amansız!

Gəlmə mənə sarı,tanrısız gözəl!
Gəlmə də,mən sarı yolları tutma.
Qoy yanım şəm kimi,Kərəm kimi mən,
Qoyub,gedən günlərini unutma!

Gəlmə mənə sarı,tanrısız gözəl!
“Gəl”-deməyi diləmə sən dilimdən.
Yanıb çölüm…yanıb içim…sönüb mən…
Nə arayıb,eşəcəksən külümdən?

Gəlmə mənə sarı,tanrısız gözəl!
Qoy yaşayım xəyalımda barı,dan.
Gəlmə də,dünyamı əlimdən alma,
Gəlmə də!..Eyləmə məni Tanrıdan!

Məzahir İsgəndər
www.kafiye.net