Baxışın Üzüme

Baxışın üzümə dikili qalıb,
Səni gözlərimdən silə bilmədim.
Eşqimin yuvası sökülü qalıb,
Səni sevirəmmiş, bilə bilmədim.

Göylər axıdanda göz yaşlarını,
Həsrət yağışları yadıma düşür. 
Unuda bilmirəm baxışlarını, 
 Aynaya baxanda mənlə görüşür.

Filmtək canlanır xatirələrdə,
Yağışda islanır tellərim indi. 
 Sığınıb o cansız xatirələrə,
Göynərir, titrəyir əllərim indi.

Hələ də qəlbində yaşayıramsa,
Həsrəti vüsala bələyək Canım.
Qəlbintək mən də eşq daşıyıramsa,
Dünyaya sevilmək diləyək, Canım

Müəllif: Şəhla Ramazanqızı
www.kafiye.net